Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Milyarder Richard Branson Mayamidəki mərkəzin açılışında ölümün bir addımlığında olub

Milyarder Richard Branson Mayamidəki mərkəzin açılışında ölümün bir addımlığında olub

215
Paylaş

“Virgin Group”-un qurucusu, milyarder Richard Branson özünün “Virgin Miami Central” şirkətinin mərkəzinin açılışı zamanı ölümdən dönüb. Branson bunun onun həyatında 77-ci belə hal olduğunu deyib.

Təntənəli mərasim zamanı reklam lövhəsi, milyarderin başının bir neçə santimetr aralığından keçib. Xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb. Bannerin aşması anının çəkildiyi videonu sahibkar öz “Twitter” hesabında yerləşdirib.

Milyarderin sözlərinə görə, 2017-ci ilin sentyabrında ABŞ-ın şərq sahillərini cənginə ala “İrma” qasırğası zamanı da o həyatının 76-cı ölümdən dönmə anını yaşayıb.

Inc.-də söylənilənlərə görə, Branson bir evi söndürmək üçün bir saatdan çox əlində şlanqla dayanmalı olub.Bu vaxt ona kürəkəni və çoxlu fəhlə yardım edib. Branson heyranlıqla deyib: “ Bizim möhtəşəm komandamızdan bəzi adamlar evin yenidən yanmayacağına əmin olmaq üçün bütün gecəni yatmadılar”.