Əsas səhifə Xəbərlər Xarici xəbərlər Milyarder Ray Dalio: “Koronavirusun dünya bazarlarına təsiri şişirdilib”

Milyarder Ray Dalio: “Koronavirusun dünya bazarlarına təsiri şişirdilib”

8
Paylaş

Milyarder və “Bridgewater Associates” fondunun təsisçisi Ray Dalio koronavirus epidemiyasının dünya bazarlarına təsiri məsələsini şişirdilmiş hesab edir.

Onun sözlərinə görə, rifah boşluğu və siyasi mübahisələr daha vacib problemlərdir.

“Çox güman ki, bir- iki il sonra koronavirusdan heç kim danışmayacaq”, – deyə Dalio Abu-Dabidə keçirilən konfransda bildirib.

Xatırladaq ki, koronavirusa yoluxan insanların sayı durmadan artır, Çində fəaliyyət göstərən müəssisələr işini dayandırır, aviareyslər ləğv edilir.

Buna baxmayaraq, milyarderin fikrincə, sərmayədarlar Asiya şirkətlərinin səhmlərindən deyil, daha çox siyasi mübahisələr və insanların rifah səviyyəsi arasındakı fərq kimi problemlərdən narahat olmalıdırlar.

Xatırladaq ki, Ray Dalio dünyanın ən zəngin insanları sırasında 57-ci yerdədir və onun sərvəti 18,4 milyard dollar dəyərində qiymətləndirilir.