Əgər milyarder olmaq istəyirsinizsə, universitetdəki ixtisasınız mühəndislik olmalı və ya ilk işinizdə satış mütəxəssisi kimi çalışmalısınız.
Bu barədə Böyük Britaniyanın işəgötürmə agentliyi “Aaron Wallis Sales Recruitment” xəbər verir. Agentliyin apardığı son tədqiqatda “Forbes”in ən varlı 100 şəxsin universitetdə hansı ixtisas üzrə oxuduqlarını, ilk işlərini və necə varlandıqlarını araşdırıb.
Məlum olub ki, dünyanın ən varlı 100 nəfərinin 75-nin universitet dərəcəsi var və onlardan 22-si mühəndislik üzrə təhsil alıb.
Top 100-lükdə yer alan varlı şəxslərin 19%-i satış mütəxəssisi kimi və 17%-i isə səhm treyderi kimi birinci işlərinə başlayıblar.
Dünyanın ən varlı 100 milyarderi 17%-i öz bizneslərini yaradaraq karyeralarına başlayıblar.
1. Mühəndislik — 22 milyarder
2. Biznes — 16 milyarder
3. Maliyyə və İqtisadiyyat — 11 milyarder
4. Hüquq — 6 milyarder
5. Kompüter Elmləri — 4 milyarder
Və onların ilk işləri:
1. Satış Mütəxəssisi — 10 milyarder
2. Səhm treyderi — 9 milyarder
3. Proqramçı — 5 milyarder
4. Mühəndis — 5 milyarder
5. Analitik — 4 milyarder