Əsas səhifə Xəbərlər Digər xəbərlər Milyarder Mark Kuban: “Pul, vaxta qənaət etmək imkanı yaradır”

Milyarder Mark Kuban: “Pul, vaxta qənaət etmək imkanı yaradır”

33
Paylaş

Sahibkar Mark Kuban belə hesab edir ki, cəld və düzgün qərar vermək üçün iki şey lazımdır: daim öyrənmək və mikromenecmentliklə məşğul olmamaq.

“Mən daim öyrənirəm. Bu, doğru qərarlar verməyin  ilk və əsas şərtidir. İkinci şərt isə odur ki, məncə,  mikromenecmentliklə az məşğul olmaq lazımdır” – Kuban Tvitterdə yazıb.

Milyarder əvvəllər mikromenecmentliyə başqa cür yanaşırdı. 2014-cü ildə onun idarəçilik sistemi belə idi: “Mikromenecmentliklə insanlara güvənməyə başlayana kimi məşğul oluram”.

İndi isə artıq strategiyasını dəyişib. Hər bir əməkdaşın addımının ayrı-ayrılıqda arxasınca düşməmək üçün o düzgün insanları işə götürməyə çalışır. Onlarsa Kubana yeni biliklər öyrədən biriləri olmalıdırlar.

“Əsas olan, bilikləri mənimkini tamamlayanları işə almaqdır. İstəyirəm ki, işə götürdüklərim mənim bilmədiklərimi bilənlər olsunlar və onları mənə də öyrətsinlər” – Kuban yazıb.

Kuban bildirib ki, pulun ən böyük faydası odur ki, onunla vaxta qənaət etmək mümkündür. Belə ki, onun qarşılığında işlərinin yarısını başqa bir nəfərə həvalə edə bilirsən. Amma onun fikrincə, artıq kifayət qədər pulunuz varsa ömrünüzü biraz da qazanmağa sərf etməməlisiniz. Kuban da belə hesab edir ki, xoşbəxtliyi pulla almaq mümkün deyil.