Amerikalı iş adamı, filantrop və Salesforce korporasiyasının baş direktoru sahibkarlara səslənərək, qarşıdakı 90 gün ərzində işçilərini ixtisara salmayacaqlarına söz verməyə çağırıb.
Bu barədə Business İnsider yazır.
Sahibkar koronavirusla mübarizə planı da təklif edib. Plan bir neçə addımdan ibarətdir. Birinci – 20 günlük təcrid, sosial məsafəni qoruma. Bundan başqa, o hökuməti və korporasiyaları tibbi avadanlıqların təchizat zənciri ilə bağlı idarə sistemi yaratmağa və terapevtik dərmanların istehsalını artırmağa çağırıb.
Əlavə olaraq, COVİD-19 vaksininin hazırlanmasının sürətləndirilməsi məsələsini də diqqətə çatdırıb. Amma biznesmenin ən əsas istəyi, qeyd etdiyimiz kimi sahibkarlardan olub: “Salesforce də öz əməkdaşlarına söz verir ki, qarşıdakı üç ay ərzində əsaslı ixtisarlara yol verməyəcək. Ofislərimiz bağlı olduğu müddətcə işçilərimizə saat hesabı ilə ödəniş etməkdə davam edəcəyik”.