Milyarder Lesli Veksner “Victoria’s Secret” brendini satmaq istəyir.
Bu barədə Bizplus.az “The Wall Street Journal”ın məlumatına əsasən xəbər verir.
İllik satışları 7 milyard dollara yaxın olan bu marka uzun müddət Amerikanın alt geyim bazarında lider olsa da, son bir neçə ildə göstəricilərin aşağı düşməsi ilə üzləşir. Şirkət yaxın həftələrdə bununla bağlı bir qənaətə gələ biləcəyinə ümid edir.
“Forbes Real-Time” reytinqinin verdiyi məlumata görə, 82 yaşlı Veksner dünyanın ən zəngin adamları sırasında 413-cü yerdə qərar tutur, sərvəti isə 4,5 milyard dollar təşkil edir. S&P 500 indeksinə (ən yüksək kapitallaşmaya sahib olan şirkətlərin indeksi) daxil olan şirkətlər arasında Veksner ən uzunömürlü baş direktorlardan biridir. O, karyerasına 1963-cü ildə, “The Limited” şəbəkəsini qurmaqla başlayıb. Bu gün Veksner “L Brands” ın ən böyük səhmdarlarından biridir (payı 17% təşkil edir). 1982-ci ildə “Victoria’s Secret” brendini satın aldığı dövrdə, şirkət San-Fransiskoda yerləşən cəmi bir neçə mağazalar şəbəkəsindən ibarət idi.