Milyarder Fərhad Əhmədova qarşı ittiham: “İşçilərin maaşını vermir” – Video

Date:

Paylaş:

Bir qrup vətəndaş Azərbaycan əsilli məşhur Rusiya milyarderi Fərhad Əhmədovun onlara borclu olduğunu iddia edir.

“Bizplus.az” xəbər verir ki, video-müraciət edən şəxslərin sözləinə görə, onlar Fərhad Əhmədova məxsus daşınmaz əmlak sahəsinə işləyiblər.

“2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi Göyçay və İsmayıllı rayonlarının ararsında yerləşən, Yekəxana su anbarını da əhatə edən “KƏND” MMC-nin ərazisindəki Fərhad Əhmədova məxsus malikanədə tikinti-quraşdırma, mebel və dekorasiya işlərinin həyata keçirilməsində təşkilatçılıq və digər işləri həyata keçirmişik. Bir ilə yaxındır işlərin yekunlaşmasına baxmayaraq Fərhad Əhmədov görülmüş işlərə görə əmək haqqı qalıqlarını ödəməyib. Dəfələrlə özünün şəxsi elektron ünvanına və onun işlərini həyata keçirən şəxslərə müraciət etməyimizə baxmayaraq onlarla insanın zəhmət haqları ödənməmiş olaraq qalır”,-deyə müraciətdə bildirilib.

http://youtu.be/numoDhRxDfQ

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...