1 . Sahibkarlıq bacarıqlarını uşaqlıqdan inkişaf etdirmək lazımdır.
Musk-da sahibkarlığa meyl hələ uşaq ikən özünü göstərməyə başlayır. 10 yaşında öz şəxsi kompüteri olan Musk onda proqramlaşdırmanı öyrənir. 12 yaşında özünün ilk məhsulu olan “Blastar” video-oyununu 500 dollara satır.
2 .Pulları yığmaq yox yatırım etmək lazımdır.
Gənc yaşında qazandığı pulları Elon əyləncəyə sərf etmir, belə ki, onları bir əczaçılıq firmasının səhmlərinə sərmayə qoyur.
Özünün proqram təminatı üzrə ixtisaslaşmış ilk Zip2 şirkətini bir neçə ildən sonra satır və 22 mln. dollar qazanır (satış məbləğinin 7%-i).
Əldə etdiyi vəsaiti biznesmen yeni X.com (o, bu layihənin təsisçilərindən biri olub) layihəsinə qoyur. Zaman keçdikdən sonra bu şirkətdən bütün dünyada məhşur ödəniş sistemi olan PayPal törəyir.
Musk müsahibəsində deyir: “Mən dünyanı yaxşı istiqamətə doğru dəyişən layihələrdə iştirak etməyi sevirəm. İnternet irəli gedib, kosmos dünyanı Yer Kürəsində hərşeydən daha da çox dəyişir. Əgər insanlar kosmosa gedə biliblərsə, deməli, gələcəkdə orada yaşayacağıq”.
3 . Ehtiyat plan varsa, riskə getmək və heç vaxt təslim olmamaq lazımdır.
2000-ci illərin əvvəllərində iş adamı SpaceX şirkətini təsis edir. Onun əsas məqsədi kosmik uçuşlara xərcləri azaltmaqdır. Bundan başqa, təşkilat Mars planetinin müstəmləkəçiliyi məsələləri ilə də məşğul olur.
“Raket quruculuğu sahəsində həqiqətən bahalı elementlər yoxdur. Məsələ burasındadır ki, əvvəllər bu sferada istehsalat və effektivlik göstəricisi aşağı idi”.
Elon ilk dəfə raket buraxmağı planlaşdıranda görür ki, ilkin cəhdlər uğursuz ola bilər. Onun 100 milyon dollarlıq yatırımı 3 raketə çatır, amma onlar heç bir nəticə vermir.
Uğursuzluqlara görə ruhdan düşmüş kollektiv işi bitirməyə qərar verəndə Musk investisiyalar üçün yeni imkanlarının olduğunu və işin davam etdiriləcəyini bildirir.
“Heç vaxt təslim olmuram”.
Və beləcə, dördüncü raket buraxılışı həqiqətən də uğurlu alınır.
4 . Perspektivli istiqamətlərə köklənmək lazımdır.
2003-cü ildə Tesla şirkəti təsis olunur. Onun məqsədi avtomobillər üçün yanacağın elektrik enerjisi ilə əvəzlənməsi idi. Bu perspektiv Musk-ın marağında idi və o, öz vəsaitlərini şirkətin inkişafına yatırım edir. Hal-hazırda o, direktorlar şurasının tərkibinə daxildir.
“Biznesə yaxşı olar ki, sıfırdan başlayasan və bazara da onun inkişafının çiçəklənən dövründə daxil olasan”
“Tesla”nın uğura gedən yolu rahat olmayıb, çoxlu iflaslar yaşayıb. Şirkət artıq silsilə istehsala hazır olanda tənqidlərlə üzləşir və nüfuzuna xələl gəlir. Bunan başqa, Tesla sürücülərin benzindən imtina etməsini açıq-aşkar istəməyən iri neft şirkətlərinə yol verdi.
Tesla direktorları təslim olmadılar və riskə getdilər – ABŞ hökumətindən 2022-ci ilə kimi geri qaytarmaq şərti ilə yarım milyard dollar həcmində kredit götürdülər.
2009-cu ildə şirkətin üzünə şans gülür – “Tesla”nın təqdim etdiyi Model S avtomobili inanılmaz dərəcədə populyarlıq qazanır və “Tesla”nın səhmlərinin qiyməti 1 229%-ə kimi artır. Nəticədə ABŞ hökumətinə olan borc 2013-cü ildə qaytarılır.
5 . Başlıca hədəfləri düzgün seçmək lazımdır
Biznesmeni maraqlandıran istiqamətlərdən biri də günəş batareyaları olub. Amma o görürdü ki, bütün sahələri təkbaşına idarə etməyə çatdırmaycaq. Ona görə də bu layihəyə əmisi oğlanlarını da cəlb edir, özü isə bütün diqqətini “SpaceX” və “Tesla”ya yönəldir.
Bu layihə Musk-a gəlir qazanmaq üçün deyil, ilk növbədə bu sferanın digər sahələr arasında gücləndirilməsi və yeni təcrübə toplaması üçün lazımdır.
6 . Effektiv qarşılıqlı fəaliyyət üçün layihələri birləşdirmək lazımdır
Effektivliyi artırma üçün Musk bəzi layihələri birləşdirir. Məsələn, günəş enerji sistemləri üzrə ixtisaslaşmış SolarCity şirkəti Tesla üçün yanacaq doldurma avadanlığı hazırlayır. SolarCity məqsədi yeni nəqliyyat növü yaratmaq olan Hyperloop layihəsi üçün də günəş sistemləri hazırlayacaq.
7 . Həftədə 100 saat işləmək lazımdır
Elon Musk öz layihələrinə həftədə 100 saat ayırır. Ondan uğura gedən yol haqqında soruşulanda, o deyir: “Çoxlu və səylə çalışmaq lazımdır, həftədə 40 saat deyil tam 100 saat. O zaman tezliklə müsbət nəticəni görəcəksiniz. Və sonda digər insanların bütün il boyu işləyərək əldə etdiklərini siz dörd aya reallaşdıra biləcəksiniz. Amma tənbəlliyə meyllisinizsə, yaxşı olar ki, biznesə heç başlamayasınız”.
8. Təkcə çox işləmək kifayət deyil, həm də məhsludar olmaq lazımdır
Elon Musk-ın bütün həftəsi planlanıb – bazar ertəsi günü Los- Angelesdə yerləşən SpaceX-ə baş çəkir, çərşənbə axşamı günü və çərşənbə günlərini Tesla (San-Fransisko) şirkətində keçirir. Cümə axşamı günü yenidən SpaceX şirkətinə qayıdır, cümə gününü isə Tesla və SpceX-in Los-Angelesdəki dizayn studiyasına həsr edir.
Xatırladaq ki, Elon sərt rəhbərdir və tənbəlliklə məsuliyyətsizliyi sevmir. Onun komandası hətta ən çətin tapşırıqlardan belə baş çıxara bilən və onları yerinə yetiməyə hazır olan istedadlı və kreativ insanlardan ibarətdir.
Musk öz işçilərini dəyərləndirir və onlara hörmətlə yanaşır: “ Əminliklə deyə bilərəm ki, əvvəllər kosmik şirkətdə işıq görmürdüm; amma hər şey komandada raket hazırlanması üzərində birlikdə çalışan istedadlı insanların sayəsində oldu”.
Ciddiliynə və sərt tələblərinə baxmayaraq, Elon təcrübəli və hökmlü rəhbərdir. Komandası ilə yaxşı yola gedir – işçilərinin ideya və təkliflərini nəzərə alır.
Biznesmen tez-tez bir neçə işi bir-biri ilə birləşdirir. Məsələn, o eyni zamanda həm şam yeməyi yeyib həm də işgüzar ismarıclara cavab verə bilir. Onun iş qrafikinə dincəlmək demək olar ki, daxil deyil. Gün ərzində o sadəcə 5-10 dəqiqəlik kiçik istirahət fasilələri götürür.
Musk-ın beş oğlu var və hətta onlarla vaxt keçirəndə belə işini unutmur.