Azərbaycan əsilli məşhur rusiyalı milyarder Araz Ağalarov biznesini şaxələndirməkdə davam edir.
Oliqarx bu dəfə balıq biznesinə girib və ona məxsus “Crocus Group” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib.
Şirkətin əsas fəaliyyət istiqaməti sənaye üsulu ulə şirin su hövzələrində balıq yetişdirilməsi olacaq. Şirkətin səhmlərinin 90 faizi “Crocus Group”a, qalan 10 faizi isə”Lotofish”in baş direktoru Valerian Çikovaniyə məxsusdur.