Əsas səhifə Biznes Biznes ideyalar Milyard dollarlıq ziyafət geyimləri kirayəsi biznes-imperiyası

Milyard dollarlıq ziyafət geyimləri kirayəsi biznes-imperiyası

137
Paylaş

“Belə bir mif mövcuddur: kişilər çox uğurlu qadınları sevmirlər. Bu sadəcə gülməlidir” –  Rent the Runway şirkətinin baş direktoru belə hesab edir.

“Sizi əmin edirəm ki, bir anda hərşeyə nail ola bilərsiniz” –  Rent the Runway şirkətinin yaradıcısı və baş direktoru Jennifer Hyman bildirir. Jennifer Hyman milyard dollarlıq biznes-imperiya qurmağa nail olan az sayda sahibkar qadınlardan biridir. Bu amerikan xanım, sözlərinə onu da əlavə edir ki,həmişə arzu etdiyinz həyatı yaşaya bilərsiniz. Bu gün uğurlu karyera qurmaq istəyən qadınların rastlaşdığı çoxsaylı problemlərdən biri də köhnəlmiş stereotiplərdir. Ona görə də Hyman uğurlu qadınların tam karyera ilə peşəkar bacarıqlarından kənar məqsədlərinə çatmaq arasında mütləq bir seçim etməli olduqları barədə mifə son qoymaq istəyir.

Harvard biznes-məktəbinin məzunu Rent the Runway ziyafət geyimləri kirayəyə vermə xidmətini 2009-cu ildə yaradıb. O vaxtdan Hyman öz biznesini genişləndirib 11 milyon müştəri və 500 mln. dollar məbləğində maliyyələşmə cəlb edə bilib. Bundan başqa, dünya üzrə həcmi 2,4 trilyon dollar təşkil edən dəb sənayesində əsl inqilab da yaratmağa nail olub. Sahibkar deyir: “İnsanlar həqiqətən də şəxsi həyatla iş həyatı arasında balansı qorumağa çalışan qadınları görəndə əsl işin nə olduğunu və bir insanın nələrə nail ola biləcəyini anlayırlar”.

Hyman nailiyyətlərini müzakirə edərək uğurunun əsas faktorlarının çeviklik və çətinlikləri dəf etmək bacarığının olduğuna diqqət çəkir. Bunu ona valideynləri aşılayıblar, onlar həmişə çətinliklərin gözünə dik baxıblar. “Kiçik bacılarımdan biri autizm xəstəsidir. Bu bizim ailənin həyatında iz buraxıb.Amma valideynlərim həmişə gələcəyə inamlı olublar” – sahibkar xanım deyir. Hyman qeyd edir: “Məncə valideynlərim tanıdığım ən pozitiv və həyatsevər insanlardırlar. Hər vaxt onlardan nümunə götürməyə çalışıram”.

Hyman müsahibələrindən birində uğurun nadir hal olmadığını bildirib. Aşağıda onun müsahibəsindən əsas sitatlar qeyd olunub.

Öz baxışı :

“Məncə geyim brendləri arasında tərəfdaşların və maraqlanan investorların cəlb edilməsi üçün bütün səylərimizi göstərmişik. Çünki, qarşımıza qoyduğumuz məqsədlərə nail olmağın bizim üçün nə dərəcədə vacib olduğunu həqiqətdə sübut etmək istəyirik. İnvestorlarla söhbət edərkən onları biznesin hər bir aspekti üzrə öz planlarımıza həsr etmək üçün əlimdən gələni etdim.Həmçinin qarşımıza qoyduğumuz bütün məqsədlərdən də danışdım. Üç ay, bir il, yarım ildən sonra mən onunla yenidən görüşdüm ki, məqsədimizə çatdığımızı deyim. Təkcə şirkətmizin düzgün baxışa sahib olduğunu sübut etmək istəmirdim. Həm də istəyirdim bilsinlər ki, Rent the Runway xidmətinin qurucusu kimi bu ideyanı inkişaf etdirə və layihəmizi genişləndirə bilərik”.

Lider kimi şəxsiyyətin inkişafı:

“Əvvəllər mən şirkətin inkişafına ancaq öz şəxsi töhfələrimi verirdim. Sonra mən Rent the Runway əməkdaşları üçün lider oldum, onların hər biri qarşıya qoyulan məqsədə çatmaqda öz töhfələrini veriblər. Sonra isə mən liderlər üçün lider oldum. Bu çox maraqlı prosesdir. İstənilən bir şirkətin mövcud olduğu ilk gündən hamı bacardığı qədər çox tapşırıq icra etməyə çalışır: zibillərin tullanmasından tutmuş elektron yazıların redaktə edilməsinə kimi. Sonra əməkdaş sayı tədricən 50 və ya 100 adama kimi artmağa başlayır. Komandada bu mərhələdə hər birinin şirkətin inkişafına öz töhfəsinin olduğu çoxlu əməkdaş olur. Bundan başqa, rəhbər artıq elektron məktubların redaktəsi ilə məşğul olmur, bu tapşırığı tez-tez ünsiyyət saxladıqlarından birinə həvalə edir. Bir müddətdən sonra rəhbər artıq başa düşür ki, daha elektron mktubları göndərilməsində məsul olan əməkdaşlarla ünsiyyət saxlamır. Bu vaxt aydın olur ki, rəhbər, əməkdaşları məqsədlərə nail olmağa həvəsləndirməlidir və onlara buna görə şirkətin inkişafında iştirak etmələri üçün geniş imkanlar yaratmalıdır. Bunu ancaq yoxlamalar və səhvlər yolu ilə öyrətmək olur. Ona görə də gərək səhvlərini etiraf edib məhz onların sayəsində daha da yaxşı olmağın mümkünlüyünü dərk edəsən”.

Özünə əminlik :

“Mənim özümə inamımla bağlı heç vaxt problemim olmayıb. Amma bu barədə danışanda özümü bir qədər narahat hiss edirəm. Ətrafda hər kəs çox vaxt qadınların özlərinə inamsız olmasıdan danışır. Buna görə də mənə elə gəlir ki, əgər həmişə öz gücümə arxayın olduğumu desəm bəzilərində təkəbbürlü adam  təəssüratı oyadacam. Mən burada işləyən çoxlu özündən əmin qadınlar görürəm ki, özlərini təsdiq edə bilirlər. Hamısı fərqlidirlər. Hər biri iş yerində özünəməxsusdur. Məni 30 yaşına kimi olan gənc qadınlar ruhlandırır, çünki, gələcəkdə məhz onların özünə əmin bir qadın olmağın nə demək olduğunu göstərəcəklərini düşünürəm”.

Uğursuzluqlar :

“Keçən payızda son 11 il ərzində ən yaddaqalan hadisələrdən biri baş verdi. Mən komandamızın çətinliklərin öhdəsindən necə gəlmələri ilə qürur duyuram. O vaxt biz  anbarımız üçün proqram təminatını dəyişirdik və bəzi tədarüklərdə gecikməyə səbəb olan səhv aşkarladıq. Çətin bir qərar qəbul etməli və yeni sifarişlərin qəbulunu on günlük dayandırmalı olduq. Eyni zamanda  şirkətimizin 2700 əməkdaşından öz iş vaxtlarını sifarişlərin göndərilməsinə və müştərilərə xidmətə həsr etmələrini istədik”.

“Tezliklə əvvəlki iş rejiminə yenidən qayıtmaq üçün çiyin-çiyinə çalışırdıq. Bu məqamda mən anladım ki, elə bir komanda yaratmağa nail olmuşam ki, şirkəti mənim özüm kimi çox sevir. Komandamızın hər bir üzvü müştərilər qarşısında məsuliyyət daşıyır və onlara kömək etmək üçün mümkün olan hərşeyi etməyə çalışırdılar”.

Yeni başlayan sahibkarlara ən yaxşı məsləhət :

“Biznes inkişaf etdikcə problemlərin və imkanların da sayı artır. Təbii ki, 2700 nəfərlik bir komandanı idarə etmək 27 nəfərlik birisini idarə etməkdən daha çətindir. Ona görə də mən sahibkarlara belə bir məsləhət vermək istərdim: gördüyünüz işi sevin. Heç vaxt düşünməyin ki, biznes sizdə ancaq ona görə alınacaq ki, sahibkarlıq maraqlıdır və siz də ancaq özünüzə işləmək istəyirsiniz. Dörd ildən sonra biznesinizi 1 mlrd. dollara satacağınıza ümid etməyin. Beləsi 0,0001% hallarda baş verir. Uğuru ancaq öz işindən çox zövq alan və bunun vəzifəsi olduğunu başa düşən sahibkar qazana bilər. Biznes qurmazdan öncə bununla bütün həyatınız boyu məşğul olmağa hazır olub-olmadığınız barədə düşünün. Biznesinizin mirasınız olmasını istəyirsinizmi?”

“Sahibkarlıq” adı altında amerikan karuseli və maliyyələşmə axtarışı :

“Rent the Runway şirkətimi o qədər çox sevirəm ki, istənilən auditoriyaya onun haqqında danışa bilirəm. Bu, mənə enerji verir. Mənim üçün dediklərimin auditoriya tərəfindən qəbul edilib-edilməməsi vacib deyil. Buna görə də, maliyyələşmə axtarışına həsr olunan tədbirlər ən əyləncəli tədbirlərdən biri olublar.  Belə hesab edirəm ki, bütün yeni başlayan sahibkarlar biznesin yeridilməsi prosesinin enişli-yoxuşlu amerikan karuselindəki bitməz gəzintini xatırlatmasına hazır olmalıdırlar. Problemlər təkcə maliyyələşmə axtarışında deyil, personal seçimində və əməliyyat fəaliyyətinin irəli sürülməsində də özünü göstərə bilər”.

Şans :

“Vaxtımı həqiqətən sevdiyim nəyəsə həsr etməyimi çox dəyərləndirirəm. Etiraf edirəm ki, bu ölkədə insanların əksəriyyəti belə etmir. Düşünürəm ki, ancaq uğur sayəsində indi əldə etdiklərimdən çox şey qazanmışam. Mənim valideynlərim və ailə tərəfdən bəxtim gətirib. Bunu heç vaxt unutmayacağam. Düşünmürəm ki, digər insanlardan daha ağıllı və ya bacarqlı olduğuma görə uğur qazanmışam. Məncə mənə sadəcə çoxlu şans veriblər”.