Milli Olimpiya Komitəsi “Tokio 2020” üçün üç şirkətlə memorandum imzaladı

Date:

Paylaş:

Milli Olimpiya Komitəsi və üç tərəfdaş şirkət arasında “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığını dəyərləndirib.

O, idmançıların Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamın mühüm idman tədbirlərinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin köməkçisi kimi qiymətləndirib.

Əməkdaşlığa dair memorandumları Çingiz Hüseynzadə, “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Vahid Mürsəliyev, “Toyota Qafqaz MMC”nin direktoru Rəşad Saracov və “Go Sport” brendinin rəsmi təmsilçisi – “Blue Planet Distribution MMC”nin direktoru Səbinə Qazızadə imzalayıb.

İmzalanmış sənədlərə əsasən, hər üç tərəfdaş şirkət iki il ərzində – 2021-ci ilin sonunadək Milli Olimpiya Komitəsinin və milli olimpiya komandasının məğrur tərəfdaşları kimi çıxış edəcək.

Qeyd edək ki, XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust tarixində keçiriləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...