Milli İnternet mükafatını qazanmaq istəyənlərin nəzərinə

Date:

Paylaş:

“MilliNet” Milli İnternet Mükafatı uğrunda qeydiyyatdan keçmək üçün son 12 gün qalıb

Bu il ilk dəfə olaq Mobil tətbiqlər və Sosial media resursları da ayr-ayrı nominasiyalar üzrə müsabiqəyə qəbul edilir. Hələlik müsabiqəyə 20 nominasiya üzrə ümumilikdə 220 müraciət daxil olub. Onlardan 142-si öz təsdiqini tapıb.

“Milli Net”də iştirak üçün mükafatın veb-saytı olan millinet.az-da “qeydiyyat” bölməsinə daxil olmaqla, sorğunu doldurmaq lazımdır.

Təqdim olunan İnternet resursları və İnternet layihələri kontent, dizayn və texnoloji istiqamətlər üzrə peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Müsabiqədə qalib gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyələr və “Milli Net” müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif ediləcəklər.

“Milli Net” mükafatının təsisçisi olan AİF-in prezidenti Osman Gündüz Milli İnternet Mükafatının əsas məqsədi barədə məlumat verib:

“Artıq 9-cu “Milli Net” mükafatının təqdimetmə mərasiminə hazırlaşırıq. Bu mükafatın təsis olunmasında məqsədimiz Azərbaycan İnternetinin inkişafına və genişləndirilməsinə xidmət etmək, ən yaxşı milli internet resurslarının ölkədə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək, Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdir”.

Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Qeyd edək ki, Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin  dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir

Müsabiqəyə LENOVOBestCompİnnovasiyalar Mərkəzi, NOVANEURON və Yello şirkətləri də dəstək verirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...