Mikro sahibkarlar dividend gəlirlərindən vergi ödəməlidir?

Date:

Paylaş:

Bildiyimiz kimi, Vergi Məcəlləsinə olan son dəyişikliyə görə, 102.1.30 maddəsinə əsasən Mikro Sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda 106.10-cu maddəyə əsasən Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin təsisçilərinin Dividend gəlirləri də vergidən azad edilmişdir. Lakin burda kiçik bir nüans vardır ki, Vergi ödəyiciləri buna xüsusi fikir verməlidirlər, belə ki 106.10-cu maddədə deyilir: (Mikro sahibkarlar)

106.10. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsaslanaraq deyə bilərik ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri aşağıdakı 2 hal nəzərə alınarsa vergidən azad edilir:

  1. Müəssisə ƏDV ödəyicisi olmamalıdır.
  2. Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmalıdır.

Odur ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisələr təsisçisilərinin dividend gəlirlərinin vergidən azad olmasını istəyirlərsə, yuxarıda qeyd edlən hər 2 halı nəzərə almalıdırlar

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...