Amerikalı boksçu Mike Tyson komandası ilə birgə Fight to Fame əyləncə blokçeyn-platformasını təqdim edib. Layihənin məqsədi – onlayn-meydançadan istifadə etməklə “yeni başlayan döyüşçülərə super ulduz olmağa kömək etmək”.
VentureBeat xəbər verir ki, şirkətin icra şurasına startapın yardıcısı Mike Tyson, maliyyə işləri üzrə ekspert və baş direktor Farzam Kamalabadi, televiziya rəhbəri Tim Smith. Kriptovalyuta və blokçeyn üzrə ekspert Sten Larimar daxildir.
İş adamları şirkətlərinin məqsədinin “blokçeyn texnologiyalarına əsaslanan maraqlı və platformalar arası əyləncələr” yaratmaq olduğunu deyirlər. Fight to Fame-in ideyası yeni başlayan döyüşçülərə “ pul qazanmaq, tanınmaq və sərbəst şəkildə super ulduz statusuna çatmaqda” yardımçı olmaqdan ibarətdir.
Şirkətdə bildiriblər ki, iştirakçılara sosial şəbəkələr, realiti-şoular, filmlər,oyunlar, canlı oyunlar və idman mərcləri vasitəsi ilə kömək edəcəklər.
Layihə tam olaraq blokçeynə əsaslanır. Texnologiya platformada bütün maliyyə əməliyyatlarının, həmçinin döyüşçülərə pulun ödənilməsinin şəffaflığını təmin etməyə imkan verir.
Fight to Fame həm də öz FF token-nini (rəqəmsal kupon) buraxmağa hazırlaşır. Onun köməyilə fanatlar xoşladıqları döyüşçüləri dəstəkləyə biləcəklər.
Fight to Fame meydançanın fanatları arasında öz İCO-sunu keçirməyi planlaşdırır. Fanatlar döyüşlərə görə mərcə girmək üçün tokenlərdən istifadə edəcəklər.