Mike Lindell: Bu sadəcə bir yuxudur. Keçmişdə narkoman olan biri MyPillow vasitəsi ilə 280 milyon dollar qazanıb

Date:

Paylaş:

“Həyatımda nələr olub? Çoxlu xəyanətlər və çoxlu reklam, çox az dəstək və çox az pul. Buna baxmayaraq, mən hər zaman ideal yastıq haqqında qurduğum xəyalların nə vaxtsa gerçək olacağına inanırdım”, – 56 yaşlı Mike Lindell deyir. Bu bığlı və qarınlı kişi – Amerikada köpüklənmiş poliuretan materialından hazırlanmış yastıqların kralıdır. 2015-ci ildə MyPillow şirkətinin gəlirləri ikiqat artaraq, 280 milyon dollara çatmışdır. On il ərzində təxminən 26 milyon yastıq satılıb, onların hər birinin dəyəri 45 dollardan yuxarıdır.

Böyük bir məna kəsb edən bir yuxu

Mike Lindell, xəyal qurduğu ideal yastığın təsvirini 15 il bundan əvvəl öz yuxusunda görmüşdür. Lindell həm Minnesotada bir neçə barların sahibkarı, həm də dörd uşaq atasıdır. Gənc yaşlarında, o, şəhərinin digər sakinlərindən heç nə ilə fərqlənmirdi – narkotik maddələri çəkərək, yuxusuzluq problemindən əziyyət çəkirdi.

Lindell köpüklənmiş poliuretan materialından hazırlanan ortopedik yastıqlarda daha yaxşı yata bilirdi. Buna baxmayaraq, heç bir yastıq onun tələblərinə tam olaraq cavab verə bilmirdi. Belə ki, yuxuda çevrildiyi zaman, yastıq yenidən əvvəlki formasını alırdı və bu Lindell-ə narahatlıq törədirdi. Eyni zamanda, yastıqların hətta ən yaxşı modelləri belə tədricən elastikliyini itirir, onların içindəki köpük isə formasını itirmiş bir kütləyə çevrilirdi.

İki oğlu ilə birlikdə Lindell, bütün yerli mağazalara baş çəkdi və fərqli-fərqli poliuretan materialını əldə edərək eksperiment aparmağa başladı. Hər gün, o, poliuretanın fərqli ölçülərindən və formalarından istifadə edirdi, əsas məqsəd onların ideal nisbətini tapmaq idi.

“Sizin yastığınız mənim həyatımı dəyişdi!”

İlk 300 ədəd yastıq hazırlayandan sonra, Lindell alıcı axtarışına başladı. O, tanıdığı bütün mağazalara baş çəkərək, qapından deyirdi: “Məndə dünyanın ən yaxşı yastığı var. Neçə dənəsini götürəcəksiniz?”. Təəccüblüdür ki, onun yastıqlarını heç kəs almırdı.

Bu halda sahibkar qərar verdi ki, istehsal etdiyi yastıqların satışını özü həyata keçirəcək və 2004-cü ildə altı həftəlik bir müddətə ticarət mərkəzində bir otaq icarəyə götürdü. Həmin gündə Lindell ilk yastığını satdı, və bu, onun sözlərinə görə, “mənə ən gözəl hiss bəxş etdi”. İlk uğuruna baxmayaraq, satışlar getmirdi və sahibkar məhsullarını maya dəyərində satmaq məcburiyyətində qalmışdır.

Lindell-in borcları get-gedə artırdı və sahibkar artıq həvəsdən düşməyə başladı. Onun yerində olan hər bir kəs təslim olaraq, öz xəyalını gerçəkləşdirmək arzusundan çoxdan əl çəkərdi. Lakin Lindell öz ideyasına bir dənə də şans verdi: köşkü başladı, barları satdı, evini girov qoydu və tam bir istehsal prosesini qurdu.

“Sizin yastığınız mənim həyatımı dəyişdi!” – Minneapolis Home + Garden Show sərgisinin rəhbərinin dediyi bu sözlər, Mike Lindell-in bütün həyatını dəyişdi. Qeyd edilmiş sərgidə Lindell öz yastıqlarını nümayiş etdirərək, 300 ədədini sata bilmişdir. Beləliklə, MyPillow yarmarka məhsuluna çevrilmiş oldu.

Mike Lindell artıq məşhurlaşır

2008-ci ildə günlərin bir günü Mike Lindell onu narkotik vasitələrlə təchiz edən  dostunu ziyarət edir və ondan “yüksək keyfiyyətli məhsul” almaq istəyir. Təəccüblüdür ki, Lindell-in dostu onun bu istəyinə “yox” cavabını verdi. “Mən şokda idim – vau, narkodillerlər mənim sağlamlığımı düşünürlər”, – deyə Lindell xatırladır. Həmin an o başa düşdü: biznes və narkotik maddələr bir-biri ilə uzlaşmırlar.

Bəlkə də, bu, sadəcə bir uydurmadı (hal-hazırda, Lindell, “Narkopritondan Ağ evə qədər” avtobioqrafiyasını yazır), lakin fakt göz qabağındadır – biznesmen narkotikdən imtina etməyə qərar verdi.

Üç ildən sonra, Lindell, Minneapolis Star Tribune qəzetinə ilk böyük müsahibəsini verir. Bu hadisədən sonra, o, məşhur olmağa başlayır. Şirkət gündən günə inkişaf edirdi, satışlar isə qat-qat artırdı. Mike başa düşdü ki, öz məhsullarının reklamını qəzetdə yerləşdirsə, daha çox uğur əldə edə bilər.

Hal-hazırda, MyPillow həftədə təxminən 1,4 milyon dollar məbləği reklama ayırır. Lindell-in yastıqları yuxusuzluq problemini aradan qaldırmaqda kömək edə biləcək ən effektiv vasitə kimi qəbul olunub. 2016-cı ildə Kaliforniyanın məhkəmə orqanları şirkəti fırıldaqçılıqda ittiham etmişdir, Lindell 1 milyon dollar cərimə ödəyərək, saytında xırda şrift ilə yastıqların bu möcüzəli effektin sağlam yuxunun ümumi faydası ilə izah olunduğunu qeyd etdi.

“Lənət olsun, indi mən yastıqlara nifrət edirəm”

2016-cı ildə Lindell yeni bir yuxu gördüyünü bildirmişdir – MyPillow şirkətinin gəlirləri 1 milyard dolları aşdı. Biznesmen bunun nə vaxt baş verəcəyini bilmir, amma müvəffəqiyyət qazanacağından əmindir. Yarım il bundan əvvəl şirkət yeni zavodunu açmışdır, hansı ki istehsalın həcmini üç dəfəyədək artırmağa imkan vermişdir (ümumilikdə gündə 75 000 yastıq).

MyPillow “Trump tərəfdarlarının ən sevimli yastığı” adını qazanaraq, daha çox demokratların dəstəyinə arxalanırdı, şirkətin sosial şəbəkədəki hesabında daim bu tip yeni paylaşımlar edilirdi: “O, ölkəmizin tarixində ən gözəl prezident olacaq”.

Cavab olaraq respublikaçılar bununla bağlı öz mövqeyini bildirmişlər: “Lənət olsun, indi mən bütün yastıqlara nifrət edirəm”.

Göründüyü kimi, Lindell düz istiqamətdə addım atmış oldu. Şirkətinin gəlirləri ilə bağlı sahibkar deyir: “Bu gün MyPillow-un gəlirləri dünənə nisbətən daha yüksək, sabaha nisbətən isə daha aşağıdır”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...