2020-ci ilin ilk rübü üzrə vergi yığımları proqnozu artıqlaması ilə yerinə yetirilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Bu gün Martın 30-dur. Deyə bilərəm ki, artıq vergilərin yığılmasında rüblük proqnoz artıqlaması ilə yerinə yetirilib. Bu da bizim üçün zəruri olan maliyyə dəstəyini yaradıb. Biz güman edirik ki, Aprel ayında bu artan xətti qoruyub saxlamaq çətin olacaq”,- nazir deyib.