Əsas səhifə Biznes Microsoftun gəliri və xalis mənfəəti artıb

Microsoftun gəliri və xalis mənfəəti artıb

647
Paylaş

Texnologiya və proqram nəhəngi Microsoft, bu ilin aprel-iyun dövründə mənfəət və gəlirinin artdığını açıqlayıb.

“Marja” Microsoft-dan verilən məlumata istinadən xəbər verir ki, bu ilin aprel-iyun dövrünü 2017-ci ilin maliyyə cədvəlində dördüncü rüb olaraq qəbul edən şirkətin xalis mənfəti təxminən iki dəfə artıb.

Şirkətin xalis mənfəəti, ötən ilin müvafiq dövrünə nisbətən 109% artaraq 3,12 milyard dollardan 6,51 milyard dollara yüksəlib. Şirkətin gəliri də bu dövrdə 20,61 milyard dollardan 23,32 milyard dollara çıxaraq 13% artıb.

Microsoft-un bir səhmə düşən mənfəəti 0,39 dollardan 0,83 dollara yüksəlib.

Açıqlamada fikirlərinə yer verilən Microsoft-un İdarə Heyətinin sədri Satya Nadella, “Cloud (bulud) platformasındakı innovasiya fəaliyyəti sayəsində bu rübdə güclü nəticələr əldə etmişik” – ifadələrini istifadə edib.

Microsoft-un xalis mənfət və gəlirində artım görülməsilə, Nyu-York Birjasında şirkətin səhmi 4 faiz artaraq 77,20 dollara yüksəlib.