Əsas səhifə Şirkətlər “Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

582
Paylaş

Dünyanın proqram təminatı sahəsində aparıcı şirkəti olan “Microsoft”un bazar dəyəri 600 milyard dolları ötüb.

İKT.lent.az-ın xəbərinə görə, bu, oktyabrın 19-da birjada aparılan ticarət əməliyyatlarının yekununda məlum olub. Sonuncu dəfə şirkət 2000-ci il yanvarın 3-də bu səviyyədə qiymətləndirilmişdi.

“Microsoft” səhmlərinin dəyəri 0,4% artaraq 77,91 dollara çatıb. Bu ilin əvvəlindən səhmlər 25,4% bahalanıb. Ekspertlər “bulud” texnologiyaları sahəsindəki uğurların sayəsində “Microsoft”un dirçəldiyini bildirirlər.

Bazar dəyərinə görə “Apple” (800 milyard $) birinci, “Alphabet” isə (690 milyard $) ikinci sıradadır.