MacRumors yazır ki, Microsoft şirkəti Edge brauzerinin rəsmi beta-sınağına başlayıb. Bundan əvvəl şirkət onu Google-un Chromium mühərrikinə köçürmüş və çarpaz-platforma etmişdir.
Yenilənmiş Edge-ni Microsoft saytından yükləmək mümkündür. Onun Windows və macOS üçün versiyaları var. Yeni özəllikləri arasında: əlavələrin kastomizasiyası, qara mövzu dəstəyi və Microsoft Insider Addons və ya Chrome Web Store mağazalarından genişlənmə.
Brauzerdə həmçinin, reklam trekinqindən qorunma da quraşdırılıb, qaydası üzrə axtarış isə Bing-ə məxsusdur. Edge-nin nə vaxt beta-rejimdən çıxıb rəsmi olacağı hələ ki məlum deyil.
Microsoft ağ xakerlər üçün bug bounty proqramlarının da işini uzadıb. Şirkət brauzerin işindəki kritik boşluqlar barədə xəbərdarlığa görə 15 000 dollara qədər ödəniş etməyə hazırdır.