Əsas səhifə Xəbərlər Digər xəbərlər “Microsoft” yeni texnologiya təqdim edib

“Microsoft” yeni texnologiya təqdim edib

18
Paylaş

Microsoft şirkəti özünün Team xidməti üçün yeni texnologiya təqdim edib. O, videoçat zamanı istənilən kənar səsləri sizin səsinizdən ayırd edib uzaqlaşdıra bilir. Bu barədə CNET yazır.

Yeni texnologiyanın imkanlarını nümayiş etdirərkən, Microsoft-un kommunikasiya məhsulları üzrə meneceri Robert Ayxner əlində çipsi paketi ilə jurnalistlərlə videobağlantıda olub. Süni zəkanın gücü sayəsində sözügedən texnologiya, onun monoloqu zamanı əlindəki paketin səsini tam batıra bilib.

“Microsoft” bu funksiyanı “real rejimdə səs-küyün azaldılması” adlandırıb.

Qeyd edək ki, Microsoft şirkəti eyni zamanda, videobağlantı zamanı insanların ancaq danışdıqları şəxsi görə bilmələri üçün  fonu qaraldan bir texnologiyanı da təqdim edib.

Yeni funksiya Teams-da bu ilin sonunda keçərli olacaq.