“Microsoft” CO-dan (yaradıcısından) biri mərhum Paul Allenə məxsus olan, dünyanın tədqqiat təyinatlı ən böyük özəl yaxtası “Octopus” satışa çıxarılmışdır.
“Forbes” nəşri yazır ki, gəmi potensial alıcılara $325 milyona təklif olunur.
Su nəqliyyat vasitəsinə məbləğ məsələn, rusiyalı milyarder Viktor Raşnikovun “Ocean Victory” adlı yaxtasının qiymətindən daha yuxarıdır. Bunla belə, digər rusiyalı oliqarxların gəmiləri- Andrey Melniçenkonun və ya Roman Abramoviçin, eləcə də Əlişir Usmanovun yaxtaları “Octopus” yaxtasından daha bahalıdır.. Bu yaxta təxminən 19 düyün sürətlə hərəkət edə bilər. Eyni zamanda “Lirssen” alman tərsanəsi tərəfindən istehsal edilib. Gəmi 2003-cü ildə təhvil verilib. Hər beş ildən bir texniki baxışdan keçir. Bu il isə yaxta texniki baxışdan keçməklə yanaşı həm də əsaslı təmir edilib.
“Octopus” yaxtası Paul Allen tərəfindən maliyyələşdirilərək tədqiqat ekspedisiyaları üçün tikilmişdi. Yaxta “Musashi” (Yaponiya) və “Indianapolis’ (ABŞ) gəmilərinin axtarışında iştirak edib. Bu gəmilər İkinci Dünya müharibəsi zamanı Sakit Okeanda batıb. Paul Allenin sərvəti 20,3 milyard dollar dəyərində qiymətləndirilib. O, ömrü boyu təqribən 2 milyard dolları xeyriyyəçilik məqsədi üçün xərcləyib.