“Microsoft” şirkəti “Microsoft Hyper-V” proqramında boşluq tapacaq şəxslərə 250 min dollar məbləğində pul mükafatı təyin edib.
Pul kodun uzaqdan müdaxilə ilə icra edilməsi (RCE), ID məlumatların açıqlanması və xidmət göstərilməsindən imtina (DOS) müqabilində ödənilir.
“Windows 10″da səhv tapan hakerlər 200 min dollar mükafata ümid edə bilərlər. Şirkət daxilində qüsurlar barədə məlumat verən hər bir şəxs də ümumi məbləğin 10 faizi həcmində bonus alacaq. Ancaq bir şərtlə ki, bu qüsurlar ictimaiyyətə açıqlanmayacaq.
lent.az