Şirkət onu sentyabrda buraxmağı düşünür.
İyulun 1-də şirkət, Windows bloqunda, payıza nəzərdə tutulan genişhəcmli 19H2 yenilənməsinin ilkin təfərrüatlarını dərc edib. Microsoft nümayəndəsinin sözlərinə görə, o, bu ilin sentyabr ayında çıxacaq və istehsal təkmilləşməsi ilə sistem keyfiyyətini, həmçinin, bəzi korporativ funksiyaları özündə daşıyacaq.
The Verge və Engadget nəşrləri belə hesab edirlər ki, 19H2 Windows 10 yeniləmə standartlarına görə əhəmiyyətsiz olacaq, lakin məsələn, Linux sisteminə edilən ciddi dəyişikliklər 2020-ci il yenilənməsində olacaq.
ros
19H2 üçün “Microsoft” yeni yenilənmə genişləndirilməsi texnologiyasını işə salıb və bu da Windows 10 May 2019 Update istifadəçilərinə onu, adi ümumi yenilənmə kimi quraşdırmağa imkan verəcək. Şirkət belə hesab edir ki, bu, quraşdırma prosesini daha sürətli, rahat və təhlükəsiz edəcək.
2017-ci ildən bəri “Microsoft” ildə iki dəfə irihəcmli Windows 10 yenilənməsi təqdim edir. Bunlarda səhvləri düzəldir, yeni imkanlar əlavə edir və sistemi optimallaşdırır. 2019-cu ildə ilk yenilənmə 21 mayda oldu – onda parlaq mövzu, təhlükəsizlik rejimi və yenidən işlənmiş “ Yenilənmə mərkəzi” olub.