Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Microsoft-un yeni reklamında Mak Buk adlı oğlan çəkilib

Microsoft-un yeni reklamında Mak Buk adlı oğlan çəkilib

119
Paylaş

Apple və Microsoft şirkətləri özlərinin uzun sürən tarixləri ərzində bir-birlərini gülüş obyektinə çevirən reklam çarxları çəkiblər.

Ənənəni  Apple şirkəti 2006-cı ildə “Get a Mac” reklam kampaniyasını təqdim etməklə irəli sürüb.

Bu dəfə məzəli reklam çarxını Microsoft şirkəti çəkib. Orada əsas rolu Sidneydən olan MacKenzie Book və ya qısaca olaraq Mak Buk oynayıb. Çarxın əsas ideyası ondan ibarətdir ki, sanki Apple texnikası özü özünü tənqid edir və Microsoft-a qərar verməyi təklif edir – “Mac Book says get a Surface Laptop”.

Gülməli alınsa da reklamı ilin ən yaxşısı adlandırmaq olmaz.