“Microsoft” şirkəti klaviaturanın köməyi ilə kursoru idarəetməni mümkünləşdirməklə, Paint qrafiki redaktorunu yeniləyib.
Bu barədə MSpoweruser yazır.
“Siçan” artıq düymələrin basılması ilə əvəz edilir. Kursoru oxları olan blok idarə edir, şəkil çəkmək üçün isə boşluq düyməsindən istifadə olunur. İşçi pəncərənin idarəsi “Ctrl.” düyməsi vasitəsilə mümkün olur.
Qrafiki redaktorun yeni funksiyası Windows 10 əməliyyat sisteminin maydakı yenilənməsində olub. Hal-hazırda o, yalnız test üçün münasibdir, tam buraxılışa verilməsi üçün isə ayın sonuna kimi gözləmək lazım gələcək.