Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Microsoft” Outlook xidmətinin “hack” edilməsi barədə məlumat verib

“Microsoft” Outlook xidmətinin “hack” edilməsi barədə məlumat verib

188
Paylaş

“Microsoft”  korporasiyası, “hacker” lərin bu ilin əvvəlindən mart ayının sonuna qədər Outlook” istifadəçilərinin bəzi hesablarına daxil ola biləcəyini bildirib. Bu haqda TechCrunch onlayn portalı xəbər verir.

“Hacker” lər istifadəçinin e-poçt ünvanlarına, qovluq adlarına, e-poçtların başlıqlarına və onların qarşılıqlı əlaqəsi olduğu insanların e-poçt ünvanları barədə məlumat əldə etmiş ola bilərlər”, – deyə portal “Microsoft” un öz istifadəçilərinə göndərdiyi mesajı tərcümə edir. Eyni zamanda şirkət mesajların məzmununun və əlavələrinin “hacker” lərin əlinə düşmədiyini qeyd edib.

Məlumatların sızması hadisəsi yanvar ayının 1-dən mart ayının 28-ə qədər baş verib. Bunun əsas səbəbi kimi spam mesajlarının sayının artması göstərilir.

Şənbə günü TechCrunch xəbər verib ki, naməlum şəxslərin ABŞ-ın hüquq-mühafizə orqanlarının və federal xidmətlərinin məlumatlarına çıxış əldə ediblər.