Microsoft şirkəti 2020-ci ildə iOS və Android tətbiqləri üçün Defender antivirusunu buraxmağı düşünür. Bu barədə The Verge yazır. Şirkət tətbiqlərdə məhz hansı funksiyaların olacağını hələ ki açıqlamır, amma 24-28 fevral tarixlərində keçiriləcək konfransda detallar barədə məlumat verəcəyini bildirib.
Defender antivirusu virus və kibertəhlükələrdən qorumaqla yanaşı, cihazı skan etmək imkanını da təmin edir.
Qeyd edək ki, sözügedən antivirusun iOS və Android üçün əsas vəzifəsi istifadəçi məlumatlarının ələ keçirilməsinin qarşısını almaqdır. Belə hesab olunur ki, tətbiq ancaq korporativ müştərilər üçün əlçatan olacaq.