Əsas səhifə Xəbərlər Digər xəbərlər “Microsoft” informasiyanı minilliklər ərzində saxlaya bilən yeni “disket”lər təqdim edib – VİDEO

“Microsoft” informasiyanı minilliklər ərzində saxlaya bilən yeni “disket”lər təqdim edib – VİDEO

38

Məlumat həcminin artması ilə əlaqədar daşıyıcıların etibarlılığına olan tələblər də dəyişir. “Microsoft” sərt disklərə qeyri-adi alternativ elan edib: şirkət ənənəvi texnologiyanın əvəzinə, şüşə plastinlər və lazerdən istifadəni təklif edib. Bu üsulla yazılmış informasiya minilliklər ərzində saxlanıla bilər. Sözügedən texnologiyanın iş prinsipi videoçarx formatında nümayiş etdirilib.

Bizplus.az ictnews.az-a istinadən bildirir ki, proqram nəhənginin “Project Silica” adlı yeni həlli məlumatların lazerin köməyi ilə çox möhkəm kvars şüşəsinə çoxqatlı yazılmasını nəzərdə tutur. Bu proses məlumatların köhnə vinil plastinkalarına yazılması üsulunu  xatırladır, amma texniki cəhətdən reallaşdırılması daha mürəkkəbdir.

“Microsoft”un əməkdaşları texnologiyanın işini nümayiş etdirmək üçün “Supermen” filmini (1978-ci il) 75x75x2 mm ölçüsündə olan daşıyıcıya yazıblar. Sınaqda məzmun təchizatçısı kimi iştirak etmiş “Warner Brothers” şirkəti yeni texnoloji həllin gələcəyinə ümid bəslədiyini bildirib. “Microsoft”un yeni texnologiyası məlumatların saxlanılması texnologiyasını ucuzlaşdıra bilər, həm də informasiya min illərlə saxlanılacaq.

Rəy bildir

Please enter your comment!
Please enter your name here