Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Microsoft HoloLens 2 qarışıq reallıq dəbilqəsini nümayiş etdirib

Microsoft HoloLens 2 qarışıq reallıq dəbilqəsini nümayiş etdirib

320
Paylaş

3500 dollar dəyərində olan yenilik, korporativ müştərilər üzərində fokuslanır.

Qarışıq reallıq dəbilqəsi real dünyanın üzərinə virtual təsvir qoyur. HoloLens 2-nin baxış nöqtəsi əvvəlki modeldən iki dəfə çoxdur. Microsoft-a görə, bu 720p-dən 2K-a keçid ilə müqayisə edilə bilər.

Dəbilqə istifadəçinin hansı istiqamətdə baxdığını başa düşmək üçün, onun göz hərəkətlərini izləyəcək. Qurğu Windows Hello tanıma sistemini də dəstəkləyir.

HoloLens 2, əlavə nəzarətçilərin köməyi olmadan əllərin hərəkətini tanıya bilər – bu, virtual obyektləri idarə etməyə imkan verir. Tərtibatçılar yeni dəbilqənin əvvəlki modellə müqayisədə “daha yüngül və daha rahat” olduğunu iddia edirlər.

Cihaz 3500 dollar dəyərindədir. Birinci versiyanın qiyməti 5000 ABŞ dolları təşkil edir, cihazın məşhur rəqiblərindən biri olan Magic Leap dəbilqəsinin qiyməti isə 2,295 dollardır.

Mozilla yeni HoloLens 2 dəbilqəsini dəstəkləyəcək. Belə ki, dəbilqəni taxdığınız zaman Firefox brauzerini istifadə edə bilərsiniz.