Google, Microsoft, Facebook və Apple kimi nəhəng texnoloji şirkətlərin proqram təminatı yaradıcıları kriptovalyuta ilə online xidmət və məhsul üçün ödəniş prosesini asanlaşdırmağa imkan verən API-interfeys yaradıblar. Layihənin yaradılmasında həmçinin World Wide Web (W3C) konsorsiumu da iştirak edib.
İndi Google Chrome, Edge от Microsoft, Webkit от Apple, Firefox Mozilla, Samsung Internet Browser və Facebook brauzerləri API-ni dəstəkləyir.
Funksiya aktivləşdirildiyi andan etibarən, API Bitcoin-pulqabı və digər daha ənənəvi online ödəniş metodları üzrə bütün lazımi ödəniş məlumatlarını brauzerdə saxlamağa imkan verəcək. İstifadəçilər menyudan əlçatan ödəniş vasitələri sırasından seçim edə bilərlər.
W3C şirkətinin ödəniş bölməsinin rəhbəri Yan Yakobs güman edir ki, indi proqram təminatı yaradıcıları üçün brauzerlərdə görmək istədikləri ödəniş metodları üçün şifrə yazmağa başlamağın əsl zamanıdır.
banker