Gitlab platformasının istifadəçiləri 1 gün ərzində 40.000-dən çox layihəni GitHub-dan Gitlab-a keçirdiblər. Bu,Microsoft şirkətinin GitHub platformasını alması fonunda baş verib. Bu barədə Gitlab platformasının bloqunda qeyd olunub. Microsoft şirkəti GitHub-ı aldğını 4 İyun tarixinin səhəri elan etmişdi. Artıq bugünki tarixin səhərinə kimi istifadəçilər Twitter-də movingtogitlab hashtag-nı 2.000 dəfədən çox işlədiblər.Gitlab-ın öz məlumatlarına əsasən 4 İyun tarixi üzrə platformanın istifadəçi kütləsi 5 dəfə artıb. Bununla belə Gitlab-da yaradılmış layihələrin sayı 75.000-i keçib. Günün sonunda isə GitHub-dan Gitlab-a keçirilmiş layihələrin sayı 41.000-ə çatıb. Bununla belə hal hazırda GitHub-da 80 milyona yaxın layihə var. Jurnalistlərin fikrincə istifadəçilərin GitHub-dan Gitlab-a keçid etmələrinin əsas səbəbi onların qorxularıdır.
Onlar güman edirlər ki, Microsoft şirkəti açıq mənbə kodlu layihələrin böyük bir hissəsini bağlaya bilər. Bununla belə Microsoft şirkətinin CEO-su Satya Nadella istifadəçilərə söz verib ki, şirkət sadəcə olaraq platformanı təkmilləşdirəcək və o, bütün tərtibatçılar üçün açıq platforma kimi fəaliyyətini davam etdirəcək. Qeyd etmək lazımdır ki, Gitlab 2011-ci ildə (GitHub-ın yaradılmasından 3 il sonra) təsis edilmişdir. Sözügedən platforma kodla birgə çalışma servislərini təklif edir. Gitlab-da ödənişli abunəliyin dəyəri 1 ay ərzində 4$ təşkil edir.