Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Microsoft fotoşəkilə görə cədvəlləri tanıma funksiyasını əlavə edib

Microsoft fotoşəkilə görə cədvəlləri tanıma funksiyasını əlavə edib

310
Paylaş

Microsoft, Excel mobil tətbiqinə yeni funksiya əlavə edib, bu funksiyanın köməyi ilə istifadəçi çap olunmuş cədvəlin şəklini çəkərək, onu yeni Excel cədvəlinə çevirə bilər. Sonrakı mərhələdə cədvəlin redaktə edilməsi mümkündür.

Yeni funksiya hələ ki yalnız Android əməliyyat sistemi üçün əlçatandır, yaxın zamanda iOS üçün də belə bir yeniliyinin yaradılması planlaşdırılır. Alətdən yalnız Office 365 abunəçiləri istifadə edə bilərlər.

Şəklini çəkdiyiniz cədvəli Excel-də necə rəqəmsallaşdırmaq olar:

  • Microsoft Excel proqramının son versiyasını yüklədikdən sonra, orada yeni cədvəl yaratmaq və ya mövcud cədvəli açmaq əmrlərini yerinə yetirirsiniz.
  • Alətlər panelində kameralı cədvəl işarəsini seçin.
  • Proqram smartfonun kamerasını işə salacaq. Daha sonra cədvəlin şəklini çəkmək və ya cihazın daxili yaddaşından mövcud cədvəlin şəklini yükləmək lazımdır.
  • Yeni pəncərə açılacaq: ekranın yuxarı hissəsində cədvəlin elektron versiyasının ön görüşü, altında isə cədvəlin orijinal versiyası görünəcək.
  • Excel hər hansısa səhv aşkar etdikdə, sizə bu barədə bildiriş göndərəcək, bu səhvi özünüz də düzəldə bilərsiniz.

CNBC qeyd edir ki, alət kiçik və orta cədvəllərlə yüksək səviyyədə işləyir, lakin böyük cədvəllərlə işləyən zaman müəyyən problemlər meydana çıxır. Burada “yüzlərlə səhv” aşkar oluna bilər. Buna baxmayaraq, yeni texnologiya vaxtınıza qənaət etmək imkanını yaradır.