Microsoft şirkəti Chromium bazasında Edge brauzerinin ilk yeni stabil versiyasını yaradıb. Bu barədə şirkət nümayəndəsi bildirib. Onu “Microsoft”un rəsmi saytından pulsuz yükləmək olar.
Edge Windows 7-dən başlayaraq Windows əməliyyat sistemləri ilə, həmçinin, macOS, iOS və Android-lə işləyir və rus dili də daxil olmaqla, 90 dili dəstəkləyir.
Yeni Windows 10 kompüterlərində qaydası üzrə Edge brauzeri olacaq. Sistem həm də yenilənmə zamanı yeni brauzeri avtomatik olaraq quraşdıracaq.
İstifadəçilər yeni brauzerdə üçüncü tərəf xidmətlərinin onların fəaliyyətini izləməsinin qarşısını alan funksiyanı da aktiv edə biləcəklər. Bundan başqa, Edge-də fərdi şəkildə dizaynlar vermək, yeni xəbərlərin göstərilməsini və yeni əlavələrin (vkladka) məzmununu tənzimləmək mümkündür.
Şirkət nümayəndəsi bildirir ki, brauzer 4K-video təsvirini və istifadəçini kiberhücumların 99,9%-dən qoruyan Azure Active Directory korporativ identifikasiyaları idarəetmə xidmətini də dəstəkləyir.
Edge-də İnternet Explorer rejimi qurulub və o, uyğunluq üçün Trident MSHTML mühərrikinə ehtiyac duyan saytlarla işləmək imkanı yaradır. Brauzer həm də Chrome-genişlənməni dəstəkləyir.
Qeyd edək ki, Microsoft Edge-ni 2015-ci ildə Windows 10-un bir hissəsi kimi təqdim edib.