“Microsoft” Azərbaycan üçün süni intellekt strategiyası hazırlayacaq

Date:

Paylaş:

Prezident İlham Əliyevin Davosda (İsveçrə) “Microsoft” şirkətinin vitse-prezidenti, eyni zamanda Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bellə görüşündə süni intellektlə bağlı strategiyanın hazırlanması müzakirə edilib.

“Report” xəbər verir ki, bunu “Microsoft Azerbaijan”ın rəhbəri Sərxan Həşimov bildirib.

Onun sözlərinə görə, yeni strategiya bu ilin sonuna qədər hazırlana bilər: “Hazırda tərəflər arasında dialoq gedir. Hər iki tərəf bu strategiyanın ən qısa zamanda hazırlanmasında maraqlıdır”.

“Bəzi işlər var ki, onları süni intellekt görsə, daha səmərəli olar, eyni zamanda daha keyfiyyətli kadrların hazırlanmasına gətirib çıxarar. Söhbət, əsasən, sənaye, maliyyə və təhsil sektorlarından gedir. Süni intellekt bir tərəfdən bəzi işləri işçiyə ehtiyac olmadan görəcək, digər tərəfdən, daha yüksək peşəkarlıq tələb edən iş yerləri yaradacaq ki, kadr potensialı həmin istiqamətdə istifadə edilsin”, – deyə şirkət rəsmisi əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...