“Microsoft” şirkəti iri “Express Logic” əməliyyat sistemləri təchizatçısını alması barədə xəbər verib. Əməliyyatın məbləği açıqlanmayıb. Şirkətdən həmçinin açıqlama veriblər ki, əşyaların interneti ( İnternet of Things ) inkişafına 5 milyard dollar qoyulub.
“Microsoft” “Express Logic” şirkətini almağı düşünür. O “İoT” üçün olan real vaxt əməliyyat sistemləri bazarında liderdir. “Express Logic ThreadX” əməliyyat sistemi dünya üzrə ən böyük “RTOS” – lardan biridir – sistemin 6,2 milyarddan çox yerləşdirmələri var.
Analitiklər “ThreadX”-in məşhurluğunu, əksəriyyəti təhlükəsizlik tələb edən məhdud resurslu sistem üçün olan “RTOS”-a istəklərin çox olması ilə əlaqələndirir. “Express Logic” şirkətinin təchizatı 64 KB-dan da az flash- yaddaşı olan cihazlarda da mümkündür.
“Micrososft”-da ümid edirlər ki, bu sistemin alışı “milyardlarla yeni qoşulma nöqtələrinə girişi təmin edəcək”, “Azure-a sərbəst qoşula bilən cihazların sayının artmasına” kömək edəcək və “yeni intelektual imkanlar” yaradacaq.
Bundan başqa, “Microsoft”-da bildiriblər ki, 4 il ərzində əşyaların internetinə 5 milyard dollar yatırım ediblər. Pulların yarısı şirkətin “İoT” sahəsindən olan məhsullarına ayrılacaq. Belə ki, bunlar da “Azure Sphere”, “Azure Digital Twins”, “Azure İoT Edge” və başqalarıdır. Qalanını isə “DJI” dronları və “SAP”, “PTC” proqram təminatları istehsalçıları, həmçinin Karnegi Mellona universiteti ilə tərəfdaşlığın inkişaf etdirilməsinə xərcləyəcəklər. Təşkilat İT sahəsində yeniliklər etməklə məşğuldur. Pullar eyni zamanda münasib aktivlərin alınmasına da istifadə olunacaq.
“İoT” sensorları hal-hazırda praktiki olaraq, sənaye avadanlıqlarından tutmuş istehlak qurğularına qədər hər şeydə tətbiq olunur. Eyni zamanda belə cihazlar çox vaxt buluda qoşulur. “Gartner”-in proqnozuna görə, 2020-ci ilə dünyada 20 milyarddan çox qoşulma cihazı olacaq.