Michael Jordan dünyanın ən bahalı tekila brendini necə yaradıb?

Date:

Paylaş:

Üç il bundan qabaq Michael Jordan və onun Milli Basketbol Assosiasiyasına yaxın olan dörd tanışına məlum oldu ki, sən demə onların hamısı tekilanı (ispan spirtli içkisi) çox sevir. Hal-hazırda da onlar tərəfindən Cincoro brendi altında ərsəyə gələn tekila artan bazarda məhşuluq qazanıb və hər şüşəsi 130-1600 dollar civarında satılır. Məsələ burasındadır ki, onun dadı ilə damaqda qalan dadı arasında doğru bir balans vardır. Bunu yaradıcılar özləri deyiblər.

Pizza restoranında həyati əhəmiyyətli bir şam yeməyi

Üç il bundan qabaq isti bir yay axşamı MBA-nın “Charlotte Hortens” klubunun əfsanəvi basketbolçusu Michael Jordan Manhetten-dəki Pasquale Jones pizza restoranına həmkarlarından bir neçəsini dəvət edir. Onlar Nyu-Yorka MBA klublarının sahibkarları ilə görüşməyə gəlmişdilər.

Michael Jordan kolleqaları ilə əvvəllər də bir neçə dəfə görüşmüşdü, amma həmin görüşdə bir-birləri ilə daha da yaxından tanış olurlar. Söhbət, Michael Jordan-ın sevimli içkisi  tekiladan düşür. Amma oturduqları italyan restoranında bu içki yox idi. Onlar söhbət zamanı tekilanın az kalorili yeganə tünd içki olduğundan bəhs etdilər və bildirdilər ki, eyforiya yaratmasına baxmayaraq, güclü sərxoşluğa səbəb olmur.

Qırx dəqiqəlik söhbət əsnasında gələcək tərəfdaşlar ideal tekilanın konkret dad keyfiyyətlərini müzakirə etdilər və belə nəticəyə gəldilər ki, bu içkinin yumşaq dadı və davamlı damaq dadı olmalıdır, eynilə yaxşı konyakda və ya viskidə olduğu kimi.

Tərəfdaşlardan biri, 29 il maliyyə xidmətləri sahəsində çalışan və  energetika sektoru üçün məlumatlandırıcı platforma hazırlayan Emilia Fazzalari həmin günü belə xatırlayır: “ O axşam biz başa düşdük ki, daha  dadlı yeni tekila hazırlaya bilərik”. Məhz Emilia da elə yeni Cinco Spirits Group tekila istehsalçısına rəhbərlik edir. Cinco ispan dilindən tərcümədə beş deməkdir və bu da həmin şam yeməyi iştirakçılarının sayına işarə idi. Bu say, həm də bir basketbol komandası demək idi.

Bir neçə günə hissə-hissə alınır

Cinco Spirits Group dörd növ tekila istehsal edir: Blanco (“ağ”; saxlanma müddəti 2 aydan az olmayaraq), Reposado (“dincəlmiş”; saxlanma müddəti – 8 aydan 10 aya kimi), Аñejo (“keyfiyyətli”; saxlanma müddəti 24 aydan 28 aya kimi) və  Extra Аñejo (“ekstra keyfiyyətli”; sxalanma müddəti 44 ay). Hal-hazırda onlar  12 ştatda satılırlar, gələn ilin əvvəlindən isə bütün amerikan piştaxtalarında da olacaqlar.

Tərəfdaşlardan biri qeyd edib ki, onların qarşısında duran ən böyük problem təchizat məsələsidir. Çünki, onlar çox keyfiyyətli bir tekila istehsal edirlər və bu səbəbdən də loqistika ilə bağlı problemləri ola bilər.

Həmkarının sözlərinə əlavə olaraq, Wyc Grousbeck bildirib ki, Massaçusetdə ilk üç gün ərzində 300 qutu tekila satıblar. Tərəfdaşlar əminliklə təsdiqləyiblər ki, dörd ştatda, Cincoro tekilasının bütün ehtiyatları hələ onun rəsmi satışı başlamasına həsr olunmuş gecə ziyafətindən qabaq hissə-hissə satılmışdı.

Cinco Spirits Group rəhbərliyi anbarda nə qədər tekila qutusunun qalması barədə məlumat verməkdən imtina edib. Amma tərəfdaşlardan biri təkcə bir neçə min qutu satıldığını qeyd edib.

Artan bazar

Bu tekilanın ərsəyə gətilriməsi ideyası basketbolçu yoldaşların ağlına elə tam zamanında gəlib. ABŞ-da istənilən digər bir ölkə ilə müqayisədə daha çox tekila istehlak olunur – dünya üzrə istehlakın 56%-i buranın payına düşür. IWSR Drinks Market Analysis konsaltinq şirkətinin məlumatına görə, keçən il amerikalılar təxminən 18,3 milyon qutu tekila içiblər.

Amerikanın premium tekila bazarında ilkin qiymət hər şüşəyə görə 45 dollardan başlayır və bazar da sürətlə inkişaf edir. Son beş ildir ki, hər ilə təxminən 20% olmaqla artım müşahidə olunur. Köhnə şirkətlərin isə satışları təkcə 9% artıb.

Tekilaya tələb yalnız istehlakçılarda deyil səhmdarlarda da var. İlk növbədə bu, məhşurlarla bağlı olan tekila brendlərinə aiddir. 2013-cü ildə aktyor George Clooney və iş adamı Rande Gerber Casamigos şirkətini qururlar. 2017-ci ildə Britaniyanın ən iri spirtli içkilər istehsalçısı Diageo onu 1 milyard dollara alır. 

Hal-hazırda Cincoro dünyanın ən bahalı tekila brendlərindən biridir. Cincoro Añjeo tekilasının şüşəsi 130 dollardır, hətta əfsanəvi Don Julio 1942 (120 dollar) tekilasından da baha. Amma Michael Jordan-ın sevimli tekilası Cincoro Extra Añjeo-ya görə isə 1600 dollar ödəmək lazımdır.O, bazarda Clase Azul Ultra (1700 dollar)-dan sonra ən bahalısıdır.

“Biz rəqabətqabiliyyətliyik. Yeni bir tekila yaratmışıq” – deyə, Emilia qeyd edir. Cinco Spirits Group-un baş direktorunun sözlərinə görə, Meksikada 1800 brend üçün tekila istehsal edən100-dən çox zavod var. “ Olardan çoxu müqavilə əsasında çalışır. Biz isə bu barədə heç düşünməmişik də. O həlledici şam yeməyi zamanı da məqsədimiz sadəcə təkrarolunmaz bir dada malik yeni bir tekilanın əsasını qoymaq olub. Elə bununla da məşğul olmuşuq” – deyə, rəhbər xanım bildirib.

Bəs  Cincoro həqiqətən də o qiymətə dəyərmi? O, Meksika aqavasının (bitki) yarpaqlarından hazırlanır. Yarpaqların bir hissəsini, torpağının tərkibində çoxlu dəmir oksid olan uca dağdan yığırlar – bu tekilaya şirin və çiçək ətirli dad verir. Digər bir hissəni isə torpağı vulkanik mənşəli olan düzənlikdən toplayırlar: onların da sayəsində içki yüngül mineral dad əldə etmiş olur. Yarpaqların yığımı zamanı bitkinin adətən 6-8 yaşı olur. Sonra onlar 35 saat ərzində istilik emalına məruz qalırlar.

Emilianın Cincoro tekilasını təkrarolunmaz hesab etməsinə baxmayaraq, qeyd etmək lazımdır ki, onun istehsal olunduğu  Xaliskodakı zavod ən azı 15 digər brend üçün tekila istehsal edir. Onlardan bəziləri də həmçinin, dağ təpəsindən və düzənlikdən toplanan aqava yarpaqlarından istifad edirlər.

Distilyasiyadan sonra Cincoro tekilası burbon çəlləklərdə saxlanılır. Tərəfdaşların sözlərinə görə, Cincoro tekilasının qalıcılıq müddəti rəqiblərinkindən daha çoxdur. Məsələn, Casamigos Añejo tekilası 14 ay saxlandıqdan, yəni,  qoyulmuş minimal müddəti keçdikdən demək olar ki dərhal sonra şüşələrə paylandığı halda, Cincoro Añejo tekilası daha 10-14 ay keyfiyyətini saxlaya bilir.

Cinco qurucuları öz şəxsi zavodlarını inşa etmək barədə planlarının olub-olmaması barədə heç nə deməyiblər. Onlar şirkətə artıq bir neçə milyon dollar sərmayə qoyublar. Onlara Asiya bazarına çıxmaq üçün minimum 10 milyon dollar da lazım olacaq. Emilianın sözlərinə görə, bu addım şirkəti genişləndirmək planının bir hissəsidir. Tərəfdaşlar özləri də sərbəst şəkildə səhmdar rolunda çıxış edə və ya əlavə maliyyələşmə cəlb edə bilərlər.

Dad və damaq dadı

Təkrarolunmaz dada malik tekilanı yaratmazdan qabaq Jordan, Fazzalari və  Edens-in rəhbərlik etdiyi dequstasiya komandası 1000-dən çox müxtəlif tekilanın dadına baxıb. Öz “ideal” tekilalarını yaratmaq heç də asan tapşırıq olmayıb. “ Yüngül dadla damaqda qalan dad arasında balans tapmaq lazım idi, çünki biz bunu görmüşdük: tekilanın dadı çox yüngül olarsa damaq dadını itirə bilər. Yüngül dada malik və eyni zamanda uzunmüddətli damaq dadı olan tekila hazırlamaq çox çətindir” – deyə, Fazzalari bildirib.

Bu tapşırığı həll etmək üçün Cinco spirtli içkilər sənayesinin ən yaxşı mütəxəssislərini işə cəlb edir. İndi artıq şirkətdə 19 nəfər çalışır. Bundan başqa, Stoli Group araq istehsalçısı marketinqinin keçmiş rəhbəri,həmçinin, Grey Goose araqları istehsal edən və Patrón tekilasının istehsalını ildə 100 000 qutudan 2 milyona qədər çatdıran icraçı vitse-prezident də şirkətə qoşulub. Onların arasında  bəziləri birgə işləmək barədə təklifə məhz Cincoro-nun dadına baxdıqdan sonra razı olduqlarını bildiriblər.

Premium spirtli içki brendlərinin bir çoxu kimi Cinco da  şüşə qbların seçiminə diqqət edib. Onların dizaynı ilə Jordan özü məşğul olub. Bu işdə ona illərin dostu Mark Smit kömək edib. Lap əvvəldən Jordan  nəsə “hamar, müasir və unikal” birşey təsəvvüründə canlandırıb. Dostu Smit isə onun ideyasını gerçəkləşdirib. Cincoro tekilası üçün ideal şüşə qablar hazırlamq üçün o, üç il ərzində meksikan şüşə üfləyiciləri ilə işləyir. Onun hər bir detalının öz mənası var. Beş üzlü şüşə qab aqava yarpağını xatırladır. Onun “boğazı” 23 dərəcəbucaq altında əyilib – Jordanın oynadığı nömrəyə işarədir. Xrustal qapağı isə şüşə butulkanın əksinə çevrilmiş görünüşü təsiri bağışlayır. Cincoro Extra Añejo tekilası daha ekzotik dizayna malikdir. O, qara xrustaldan hazırlanıb və qızılı naxışlarla bəzədilib.

Biznesi elə indicə satmaq üçün münasib bir vaxt olmasına baxmayaraq, tərəfdaşların belə bir fikri yoxdur. “ Biz daha bir neçə məhsul yaratmaq istəyirik. Böyük planlarımız var və artıq digər daha xüsusi tekila çeşidləri, həmçinin, başqa tünd içkilərin istehsalı barədə düşünürük” – deyə, Fazzalari planlarını bölüşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...