Michael Bloomberg Trampdan 17 qat zəngin olmağı necə bacarıb

Date:

Paylaş:

Hər kəs bilir ki, ABŞ-da zənginlərlə yoxsullar arasında boşluq var, amma zənginlərlə zənginlər arasında da boşluq yaşanır. Buna  hazırki prezident yarışını misal gətirə bilərik. Donalt Trampın sərvəti 3,1 mlrd. dollar dəyərləndirilib. Bu yolda Michael Bloomberg onun rəqibi ola bilər. Onun sərvəti 53 mlrd. dollardır.

Yaxşı idarə olunduğu halda çoxlu sərvət səhmlər kimi geometrik inkişafla arta bilər.  Bloomberg ilk dəfə 1992-ci ildə Forbes 400-ə, Amerikanın ən zəngin adamlarının reytinqinə düşüb. O zaman onun sərvəti  350 mln. dollar ya da ondan da çox idi. Həmin vaxt Tramp  borc almış kapitaldan istifadə edərək bir sıra satınalmalardan sonra öz imperiyasını xilas etməyə çalışırdı.

Tramp 1996-cı ildə Forbes 400-ə təxminən 450 mln. dollar sərvətlə qayıda bilir. Həmin vaxt Bloomberg-in 1 mlrd. dollar sərvəti  var idi. Bu hesaba onun şirkətdəki payı da daxil idi.

Növbəti 23 il ərzində Trampın sərvətində ilə 8,8% artım müşahidə olunurdu. Bu, həmin müddət üçün olan 6,7%  S&P 500 gəlirlilik indeksindən yüksək idi. Trampın sərvətinin ən yüksək artımı 1996-1997-ci illər arasında nəzərə çarpıb – 450 mln. dollardan 1,4 mln dollara kimi. Bloombergin sərvəti isə daha sürətlə artıb – ildə 18,8%.

Belə inanılmaz dinamika Bloombergin Trampdan necə daha varlı ola bilməsini izah edir. Bloomberg lisenziyalaşmada və televiziyadakı iri əməliyyatlarını nəzərə almasaq, əsasən köhnə daşınmaz əmlak aktivlərinə malik idi.  Bloomberg LP son on ildə inkişaf edib və həm biznes həm də maliyyə aləmindən xəbərlər dərc edir. 2009-cu ildə Bloomberg LP  McGraw-Hill-dən təxminən 5 mln. dollara və demək olar ki, 32 mln. dollar borc kapitalı ilə BusinessWeek jurnalını alır. Bu jurnal həmin vaxt çətin zamanlarını yaşayırdı. Bugün Bloomberg LP-nin gəliri 10 mlrd. dollar dəyərləndirilir. Şirkətin 88%-i də Michael-ə məxsusdur. Onun sərvətin sürətli artımını Bloomberg LP təmin edir.

Biznesdə qələbə üçün siyasətdəkindən fərqli bacarıqlar tələb olunur. Gələn il Nyu-Yorkun keçmiş meri Bloomberg siyasətdə də Trampa rəqib ola bilər. Tramp isə onda olan resursların ancaq xəyalını qura  bilər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...