Michael Bloomberg 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmiyəcək

Date:

Paylaş:

Nyu-Yorkun keçmiş icra başçısı milyarder Michael Bloomberg bildirib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürməyəcək. O, Bloomberg saytında nəşr olunan bir bəyanatda qeyd edir ki, bir çox insan onu prezident kampaniyasına qatılmağa çağırıb.

“Seçki kampaniyasında qələbə qazanmaq üçün nə lazım olduğunu yaxşı bilirəm. Bilirik ki, biz ölkə olaraq çox yaxşı nəticələr göstərə bilərik. Və mən hesab edirəm ki, mən bu səsvermədə Donald Trump-a qalib gələrdim. Lakin namizədlərin sayını nəzərə alaraq, namizədliyi Demokratik Partiyadan irəli sürmək nə qədər çətin olduğunu başa düşürəm”, – Michael Bloomberg əlavə edib. O demişdir ki, Demokratik Partiya Donald Trump-ı məğlub edə biləcək və daha “dörd illik” hakimiyyətinin qarşısını alacaq namizəd təqdim etməlidir.

Cənab Bloomberg qeyd edib ki, onun bu qərarına təsir edən amillərdən biri növbəti iki il ərzində milli problemlərin daha da kəskinləşə biləcəyi faktı olub. Belə ki, onun fikrincə mövcud prezidentin verdiyi qərarlar “vəziyyəti daha da ağırlaşdırır”. Milyarder əlavə edir: “Bir çoxlardan fərqli olaraq, mən insanları bir araya gətirmək və əhəmiyyətli nəticələr əldə etmək üçün lazım olan resursları ayırd edə bildiyim üçün çox şanslıyam”.

Bloomberg hesab edir ki, onun seçki kampaniyasında iştirak etməsi, bu istiqamətdə fəaliyyət qabiliyyətini məhdudlaşdıracaq. “Növbəti iki ilimi fikirlərimin və nailiyyətlərimin müzakirəsinə həsr etməliyəm mi? Bilirəm ki, heç vaxt demokratların namizədləri sırasında ola bilməyəcəyəm. Ya da bu iki ili artıq başladığım işin inkişafına sərf etməliyəm, bilirəm ki, bununla ölkə üçün real və faydalı nəticələr əldə edə bilərəm”, – deyə  Michael Bloomberg seçki kompaniyasında iştirakı haqında öz düşüncələrini bölüşüb.

Cənab Bloomberg-in fəaliyyət istiqamətlərindən biri, Beyond Carbon layihəsinin işə salınmasıdır. Layihə Amerikanın ən qısa müddətdə neft və qaz iqtisadiyyatından təmiz enerjiyə keçid etməsinə aiddir. “Prezident olmaqdan böyük bir şərəf olmasa da, mənim bir vətəndaş kimi əsas vəzifəm ölkəmə ən yaxşı şəkildə kömək etməkdir”, – deyə o bildirib.

ABŞ-ın Federal Seçki Komissiyasının məlumatlarına görə, ölkədə ən yüksək vəzifəyə təyin olunan namizədlərin sayı demək olar ki, 500-ə çatıb. 20 yanvar tarixinə bu sənədləri artıq 471 namizəd təqdim edib. Siyahıya 143 demokrat, 64 respublikaçı, 18 libertarial və Yaşıllar Partiyasından 10 namizəd daxildir. Qalanlar müstəqil namizədlər və ya digər partiyaların tərəfdarlarıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...