Əsas səhifə Biznes Biznes məqalələri Meri Key kosmetika firması necə yarandı?

Meri Key kosmetika firması necə yarandı?

253
Paylaş

“Sən bacaracağını düşünürsənsə, sən bacaracaqsan.

Əgər bacarmadığını düşünürsənsə, sən doğru düşünürsən.”

Meri Key Eş (Mary Kay Ash) 1918-ci ildə ABŞ-ın Texas ştatında anadan olmuş məşhur biznes leydi və kosmetik firmasının yaradıcısıdır. Eş ilk işinə “Stanley Home Product” şirkətində başlamışdır. O işində bəzi uğursuzluqlara düçar olduğu üçün1 963-cü ildə 45 yaşında təqaüdə çıxaraq qadın biznesinə dəstək olmaq üçün kitab yazmaq qərarına gəlir. Bu kitab 1963-cü ildə Meri və həyat yoldaşının birgə “Meri Key” kosmetik firmasını yaranmasında biznes plan rolunu oynayıb.

Meri Key və həyat yoldaşı Corc “Beauty by Mary Kay” kosmetik firmasını qurduqdan 1 ay sonra Corc vəfat edir. Riçard Rocers, Meri Keyi həyat yoldaşının vəfatından sonra onun evinə aparır və onun firmasına 5 000 dollar investisiya yatırır. Bundan sonra Ash, “Meri Key” kosmetik olaraq istehsala başlayır. Firmanın ilk mağazası Dallasda fəaliyyətə başlayıb.

“Mery Key” 1968-ci ildən ictimai kompaniya olaraq fəaliyyətini davam etdirməyə başlasa da, 1985-ci ildən yenidən özəl şirkət kimi fəaliyyət göstərir. 2001-ci ildən isə Riçard Rocers şirkətin CEO-su olaraq fəaliyyət göstərməyə başlayır.

Eşin ölümündən sonra “Mery Key” kosmetik firmasının 37 ölkədə 800 000-dən artıq nümayəndəliyi fəaliyyət göstərir və 200 milyondan artıq satış dövriyyəsi olur.

Hazırda Riçard Rocers şirkətin sədri, Deyvid Holl isə CEO və prezident vəzifəsini tutur. 2018-ci ildə şirkət 3.25 mlrd. ABŞ dolları topdansatış həcmiylə dünyanın 6-cı böyük marketinq kompaniyası olmuşdur.

Meri Key Amerika lider təşəbbüskar qadınlardan biri kimi Amerika tarixinə düşmüş qadınlardan biridir.