Əsas səhifə Biznes Londonda oxudu, hüquq şirkəti yaratdı, Bakıda ofisini açdı

Londonda oxudu, hüquq şirkəti yaratdı, Bakıda ofisini açdı

1115
Paylaş

Böyük Britaniyanın hüquq şirkəti “Mergul Law” Bakıda ofisini istifadəyə verib.

 

Baş ofisi Londonda yerləşən “Mergul Law” müştərilərinə yüksək səviyyədə hüquqi xidmətlər göstərdiyini bəyan edir. Şirkətin rəhbəri Rauf Xəlilovdur. O, 17 ildir Londonda yaşayır və orada təhsil alıb.

“Birləşmiş Krallığa hansı səbəbdən gəlirsinizsə, mütləq nə vaxtsa hüquqi xidmətə ehtiyacınız olacaqdır. Biz öz peşəkar heyətimizlə Sizin doğma dilinizdə hüquqi xidmətləri göstərməyə hazırıq. Birləşmiş Krallıqda hansı müşkülünüz olursa-olsun “Mergul Law” hüquq şirkəti sizin xidmətinizdədir”, – sahibkar Rauf Xəlilov bildirib.

Qeyd edək ki, artıq Azərbaycan Hava Yolları (AZAL) “Mergul Law”un korporativ müştərisidir.

 

 

Mənbə: Marja.az