Almaniyanın avtomobil nəhəngi Mercedes “Vision AVTR” modelini təqdim edib.
Bizplus.az xəbər verir ki, yeni konsept avtomobilin sahib olduğu dizayn elmi-fantastik filmləri xatırladır. Model hələlik yol testinə çıxarılmayıb. Ancaq yeni konsept Mercedes-in gələcəkdə modellərinin nə cür istehsal ediləcəyini ortaya çıxarıb. Mercedes sözügedən modeli “Avatar 2” filminin effektlərindən istifadə edərək təqdim edib.
“Vision AVTR” modeli dizaynı ilə digər avtomobillərdən çox fərqlənir. Belə ki, bu modelin qapıları yoxdur.
Maşının arxasında isə 33 ədəd hərəkət edə bilən qapaqcıq var. Təqdimatda bu qapaqcıqların sərnişinlərə çöl tərəfi göstərdiyi, bundan əlavə avtomobilə enerji verdiyi bildirilib. Ancaq qapaqcıqlar ilə necə bir enerji depolandığı bəlli deyil.