“Tesla” elektrikli avtomobilləri istehsal edən, “SpaceX” ilə kosmik səyahətlərin gedişini dəyişdirməyə çalışan və “Hyperloop” ilə sərnişindaşımada yeni cığır açmağı hədəfləyən Musk, mikro bloq saytı “Twitter”də yazdığı paylaşım ilə bir anda ən çox danışılan adamlardan biri olub.
“Marja” xəbər verir ki, “Tesla Motors”un İcraçı direktoru Elon Musk və “Mercedes” “Twitter”də əyləncəli bir şəkildə atışıb.
Ötən günlərdə “Mercedes”in “Tesla”nın qarşısını almaq üçün elektrikli avtomobil biznesinə 1 milyard dollarlıq sərmayə qoymağa hazırlaşdığı barədə iddialar ABŞ mətbuatında yer almışdı.
Bu xəbərlərdən birini “Twitter” hesabında paylaşan Musk, “Bu məbləğ “Mercedes” kimi bir nəhəng üçün böyük investisiya deyil, kaş daha çox etsəydilər” yazmışdı.
Musk-ın bu tvitinə “Mercedes”in cavab gecikmədi.
“Mercedes”in rəsmi “Twitter” hesabından edilən paylaşımda Muska cavab olaraq “tamamilə haqlısan Musk, bir sıfır əskik olub. Yeni nəsil “EV” modellərinə 10 milyard dollar sərmayə qoyuruq”
İndi. “Mercedes”in 10 milyard dollarlıq investisiyanın səbəbi Elon Muskdur?” sualı ağıllara gəlib.