Əsas səhifə Biznes sahələri Avtomobil “Mercedes-Benz”- dən YENİLİK

“Mercedes-Benz”- dən YENİLİK

202
Paylaş

“Daimler”ə məxsus “Mercedes-Benz Cars” şirkəti Polşanın Yavor şəhərindəki zavodda elektromobillər üçün akkumlyator batareyası istehsalına başlayacaq.

“Bizplus.az” “Finans.az”-a istinadla bildirir ki, bu barədə Polşanın baş naziri Mateuş Moraveçkiy açıqlama verib.

“Daimler” artıq bu şəhərdə zavodun inşasına başlayıb və burada avotmobil mühərrikləri istehsal ediləcək.

2030-cu ilə qədər şirkət 20 mlrd. avro dəyərində akkumlyator batareyası almağı planlaşdırıb ki, bu da “Daimler”in hibrid avtomobil və elektromobil istehsalına başlayacağı ilə bağlıdır.