Avtomobil istehsalçısı Mercedes-Benz – bu yaxınlarda BMW ilə razılıq imzalayan alman avtomobil konserni Daimler daxili yanma mühərriklərinin hazırlanmasını dayandırmaq fikrindədir.
Bu barədə Daimler-in inkişaf üzrə meneceri Markus Schaefer bildirib.
Schaefer qeyd edib ki, qarşıda elektrikləşdirmədə əməkdaşlıq nəzərdə tutulur. Konsern əsas olaraq öz batareya və transmissiyasını hazırlayır.
Schaefer-in sözlərinə görə, E-klass və S-klass avtomobillərində olacaq yeni yanacaq mühərrikləri seriyasının buraxılışından sonra konsern belə güc aqreqatlarının hazırlanmasını dayandırmağı düşünür. Amma bununla belə, şirkətin gələcəkdə ona yenidən qayıda bilməsi da istisna edilmir.
İlk Mercedes-Benz elektrik avtomobilinin buraxılışından sonra Daimler iki yeni elektrik avtomobili modeli buraxacaq – A-klass əsaslı Mercedes-Benz EQA və gələcək S-klass elektrik avomobilinin konsepti olan Mercedes-Benz Vision EQS.