Əsas səhifə Biznes sahələri Avtomobil Mercedes-AMG modelləri elektrikləşəcək

Mercedes-AMG modelləri elektrikləşəcək

48

Gələcəkdə Mercedes-AMG bölməsinin model xətti qoşulan hibridlər sayəsində tamamilə elektrikləşəcəkdir. 2020-ci ildən başlayaraq, Mercedes-Benz şirkəti EQ Power+ bloku ilə təchiz edilmiş “bərkgedən” modelləri təklif edəcəkdir. Bu blok mühərriklərin gücünü artırmaqla yanaşı, elektrik ötürməsi ilə 50 kilometr məsafə qət etməyə imkan verəcəkdir.

Mercedes-AMG modellərini 122 at qüvvəsi və 440 Nm hasil edən elektrik mühərrikləri olan üçüncü nəsil PHEV sistemləri təchiz edəcəkdirlər. Modellərin batareyası və güc qurğusunun quruluşu EQ Power ailəsindən olan C, E, və S-Class modellərində olduğuna bənzəyəcəkdir. Fərqlər yalnız tənzimləmələrdə olacaqdır. AMG modellərində hibrid blokun əsasən istiqaməti yanacağın qənaətinə deyil, gücün artırılmasına yönəldiləcəkdir.

Hazırda AMG bölməsi “yumşaq” hibridləri təklif edir: bunlar Mercedes-AMG CLS 53 sedanı və Mercedes-AMG GLE 53 krossoveridir. Hər iki model 3,0-litrlik sıralı altı silindrli turbomühərrik, elektrik kompressoru, 48 voltluq EQ Boost startyor-generator və doqquz pilləli “avtomat” ilə təklif olunur. Hibrid qurğunun ümumi hasilatı 435 at qüvvəsi və 520 Nm-dir. EQ Boost qısa müddətə gücü 22 at qüvvəsi və 250 Nm artıra bilir./autograph.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here