Mentor biznesmenə nə qazandıra bilər?

0
849

Mentor nədir ? İngiliscədən qarşılığı “məsləhətçi” olaraq tərcümə edilə bilər. Mentor, biznesmenlərə verdiyi tövsiyələrlə onu iş dünyasının çətinlikləri qarşısında uğura doğru yönləndirən təcrübəli və etibarlı iş adamlarıdır. Xüsusilə təcrübəsiz biznesmenlər bir mentora sahib olmağın təcrübə qazanmaq və uğurlu bir iş qurmaq kimi faydalarını görə bilərlər.

Mentorun biznesmenlərə bir çox şey qazandırır, amma bunlardan 4 ən vacibi aşağıdakılardır :

  1. Təcrübə. Mentorlar kariyeralarında bir çox uğura imza atmış və özlərini isbatlamış iş adamlarıdır. İş dünyasında olduqları müddətdə qazandıqları yetəri qədər təcrübə, onların bu sahədə mütəxəssis kimi yetişməsində mühüm rol oynamış və güvəniləcək, tövsiyə alınacaq şəkildə formalaşdırmışdır.
  2. Fürsətlər. Mentorlar iş həyatınızda rəhbərlik edərkən ağlınıza belə gəlməyən fürsətlər sizə göstərəcək və onları harada, necə axtarmağın yollarını öyrədəcəkdir. Hətta bəzən sizə bu fürsətləri təqdim edərkən onları istifadə etməyin qeyri-adi yollarını göstərəcəklər.
  3. Əlaqələr. Mentorunuz sizin öz başınıza heç vaxt əlaqə qura bilməyəcəyiniz insanlarla ünsiyyət yaradaraq sizinlə onlar arasında körpü funksiyasını yerinə gətirə bilər. Yeni bir bazara daxil olarkən və ya biznes layihəniz üçün sərmaye axtararkən əlaqə qurmaq istədiyiniz insanlarla mentorunuz vasitəsilə tanış ola bilərsiniz.
  4. İlham. Mentorların görünən  dəstəyi ilə yanaşı, mənəvi dəstəyi də uğur qazanmağınızda mühüm rol oynaya bilər. İş həyatı çətin yollarla dolu olduğu üçün bəzən biznesmenlər həvəsdən düşə və motivasiyalarını itirə bilərlər. Əgər yaxşı bir mentora sahibsinizsə bu çətinliklər sizi məyus etməz, əksinə problemlərdən də bir çox şey öyrənə bilərsiniz.

©biznesmen