Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Meizu mağazalarını bağlayır və əməkdaşlarını işdən çıxarır

Meizu mağazalarını bağlayır və əməkdaşlarını işdən çıxarır

119
Paylaş
Meizu
Meizu

Çinin smartfon istehsalçısı Meizu öz fəaliyyətini tam dayandıra bilər. Bu il şirkət əməkdaşlarının 30%-ni ixtisara salmağı düşünür. Böyük vitse-prezident Li Nan artır şirkəti tərk edib.

MyDrivers xəbər verir ki, Meizu-nun pərakəndə mağazaları kütləvi surətdə bağlanır. Məsələn, Quandun əyalətində 100-ə yaxın mağaza bağlanıb və indi orada cəmi beş istehsal ünvanı fəaliyyət göstərir, keçmiş işçi Çen Fenq deyir.

Bundan başqa, Meizu brendinin Şençjen şəhərindəki flaqman mağazası öz texnikasını Huawei-ə satmağa başlayıb. Onun keçmiş əməkdaşının sözlərinə görə, son iki ildə mağaza zərər yaşayıb.

2016-cı ildə Çində 2,7 min Meizu mağazası fəaliyyət göstərirdi. İstehsalçının əsas rəqibi isə Huawei olub. Hal-hazırda şirkət öz mağazalarında keçmiş rəqibinin məhsullarını satır və Meizu əməkdaşları da Huawei-ə keçirlər.