Əsas səhifə Xəbərlər Xarici xəbərlər Meghan Markle şəxsi geyimlərindən kolleksiya hazırlayacaq

Meghan Markle şəxsi geyimlərindən kolleksiya hazırlayacaq

96
Paylaş
Megan Markle
Megan Markle

Sasseks hersoginyası Meghan Markle geyimlərindən kolleksiya yaratmaq planı barədə bildirb.

Layihə işsiz qadınlara dəstək naminə xeyriyyəçilik təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Satışlardan gələn gəlir qadınlara daimi iş tapmaqda yardımçı olan Smart Works təşkilatına ayrılacaq

Qadınlar üçün ilk ofis geyimləri kolleksiyasının hazırlanması istiqamətində xanım Markle dəbli  John Lewis & Partners, Marks & Spencer, Jigsaw brendləri, həmçinin, rəfiqəsi, dizayner Misha Nonoo ilə əməkdaşlıq qurub.

Hersoginyanın sözlərinə görə, ilk dəbli kolleksiya sərbəst satışa 2019-cu ilin sonunda buraxılacaq.

Meghan qeyd edir ki, layihə çərçivəsində brendlər bu xeyriyyəçilik ideyası ətrafında yenidən düşünməklə bir araya gəliblər. Layihənin təfərrüatları Vogue-nin sentyabr nəşrində və dərc olunacaq. Bundan başqa, payızda Meghan Markle-ın İnstagram səhifəsində də təqdim ediləcək.