“MediaTek” şirkəti 5G şəbəkəsini dəstəkləyən yeni prossesor təqdim edib

Date:

Paylaş:

“MediaTek” şirkəti “Computex 2019” sərgisində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən yeni prosessor təqdim edib. Yeddi nanometrlik texnoloji proses üzrə hazırlanan çipə süni intellektlə iş üçün qabaqcıl APU 3.0 prosessoru daxildir. Bundan başqa bu, ən yeni nüvələrə və “ARM” videogücləndiricisinə malik ilk həldir.

Çoxrejimli birkristallı sistem şəklində olan yeni prosessor 6 QHs takt tezliyində işləməyə imkan verən “Helio M70” 5G modemi, “ARM Cortex-A77” nüvəsi və “Mali-G77” qrafik sürətləndiricisi ilə təchiz edilib. Həmçinin prosessor təsvirin yenilənmə tezliyi saniyədə 60 kadr təşkil edən “4K” formatlı videonu və 80 meqapikselli kameraları dəstəkləyir.

Takt tezlikləri, nüvələrin sayı və digər texniki xüsusiyyətlər açıqlanmır. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni modem məlumatları 4,7 Qbit/saniyə sürətində yükləyir, maksimal ötürmə sürəti 2,5 Qbit/saniyə təşkil edir. Bundan başqa intellektual enerjiyə qənaətcil funksiyalar modemin enerji səmərəliliyini 50 faiz artırmaqla avtonom iş vaxtını çoxaldır.

Yeni prosessorun buraxılış müddəti və onunla təchiz ediləcək ilk qurğular barədə məlumat verilmir.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...