Fast-food restoranları şəbəkəsinin bütün dünya üzrə satışları 2019-cu ilin aprel-iyun ayları ərzində 6,5% artıb.
Bu haqda şirkətin hesabatında məlumat verilib.
“Bloomberg” nəşrinin məlumatına görə, bu son yeddi ildə ən yüksək nəticə hesab olunur, nəticələr analitiklərin gözləntilərini belə aşıb. Buna görə də, şirkət 0 azalma dinamikası göstərib və gəlirlərinin həcmi 5,3 milyard dollara çatıb.
-Rekorda artımın drayveri rolunu daxili bazar-ABŞ təşkil edib. Bu ölkədə şirkətin satışları 5,7% artıb.
– Şirkətdən qeyd edirlər ki, belə yüksək göstəriciyə səbəb menyudakı əsas punktlar və xüsusi təkliflər səbəb olub. Məsələn, “2 al 5 dollar ödə”. 5 dollara müştəri iki burger əldə edirdi. Amma ayrılıqda isə burgerin qiyməti təxminən 4,5 dollar təşkil edir.
– “McDonald’s”un prezidenti Stiv İsterbrukun sözlərinə görə, şirkət rəqəmsal texnologiyaların vasitəsilə inkişaf edir. Məsələn, ABŞ-dakı “McDonald’s” restoranlarında şəxslərin fərqi menyualarını hazırlamaq üçün maşınlar müştəri nömrələrini tanımaq kimi texnologiya ilə təchiz edilib. Gələcəkdə şirkət həmçinin region, günün vaxtı və yerli hava şəraiti əsasında tərtib ediləcək fərdi təklifləri inkişaf etdirməyi planlaşdırır.
“AdIndex” nəşrinin məlumatına görə, “McDonald’s” Rusiya ölkədə TOP-30 iri reklamverənlərdən biridir. 2018-ci ildə kompaniya reytinqdə 35-ci yeri tutmuşdu. O, beş əsas media kanalında (TV, internet, radio, çöl reklamı, ənənəvi mətbuat) reklamın alışına görə, 2,9 milyard rubl xərcləmişdi. Hesablamalarda “SimilarWeb” monitorinq nəticələrindən də istifadə olunmuşdu. “AdIndex”in reytinqinin hazırlanmasında “Mediascope”, “Digital Budget”in iştirakı ilə tərtib olunub.